ARGTMŞ silsilə tədbirləri davam etdirir
Tarix: 13.05.2015 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü ilə Gənclər Evində “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin verilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub.
ARGTMŞ-dan bildiriblər ki, tədbir zamanı Milli Şuranın sədri Şahin Seyidzadə, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri ilə görüşüblər.
Dövlət Proqramının vacibliyindən danışan Ş.Seyidzadə ölkənin gənclər sahəsində görülən işlərin strateji və planlaşdırılmış şəkildə həyata keçirildiyini qeyd edib: “Azərbaycan gündən-günə inkişaf edir və özünün sürətli inkişaf dövrünü yaşayır. Ölkənin bütün sahələrində əldə olunan uğurlu nəticələr və müvəffəqiyyətlər gənclər sahəsində də öz əksini tapır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyevin diqqəti və dəstəyi ilə öz uğurlu nəticələrini verməkdədir. Bu gün, qürurla demək olar ki, Azərbaycanın gənclər siyasəti dünyada uğurlu bir təcrübə kimi tanınır. Bu da ölkəmizdə gənclər sahəsində görülən işlərin strateji və planlı şəkildə aparılmasının nəticəsidir”.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev çıxışı zamanı Dövlət Proqramının formalaşmasında gənclər təşkilatlarının iştirakının əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanda Gənclər Dövlət Proqramının formalaşmasında gənclər və gənclər təşkilatlarının iştirakı sahəsində mühüm təcrübə mövcuddur və bu təcrübə illərdir ki, öz müsbət nəticələrini göstərir. O, həmçinin Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən ARGTMŞ-ın üzv təşkilatları tərəfindən Dövlət Proqramına faydalı təkliflərin veriləcəyinə inandığını bildirib.
Görüş zamanı ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələrinin çıxışları dinlənilib, suallar cavablandırılıb. Tədbir “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq maddələrinə uyğun olaraq Dövlət Proqramına təkliflərin verilməsi və qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
ARGTMŞ-ın təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin toplanılması ilə bağlı silsilə tədbirlər davam edir. İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək, sonra isə Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info