Litvalı jurnalist ölkəsini qınadı, Sarkisyana “ədəbsiz” dedi
Tarix: 13.05.2015 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Litva işğalçını tanımadan həm özünü riskə atır, həm də işğalçını dəstəkləmiş olur”.
Bu sözlər litvalı jurnalist Qintaras Visotskasın yazısında yer alıb.
Serj Sarkisyanın Vladimir Poznerə müsahibəsinə etiraz edən jurnalist qeyd edib ki, Litva parlamentində deputat Dalya Koudite tərəfindən formalaşdırılmış Dağlıq Qarabağla dostluq qrupu fəaliyyət göstərir: “Lakin bu qrupda dostluqdan əsər-əlamət yoxdur. 1990-cı ildə Sovet İttifaqı dağılarkən Dağlıq Qarabağ Azərbaycana məxsus idi. Sərhədlərin toxunulmazlığı haqqında beynəlxalq prinsiplərə əsasən bu ərazi bu gün də Azərbaycana məxsusdur. Lakin hazırda Dağlıq Qarabağ Azərbaycanın əlindən alınıb, bu qan tökülməsi hesabına baş verib”.
Q. Visotskas bildirib ki, Dağlıq Qarabağ balaca Ermənistan tərəfindən böyük ambisiyalarla işğal olunub: “Ermənistan kömək olmadan Dağlıq Qarabağı təkbaşına işğal etmək üçün çox balaca ölkədir. Ona görə də Litva həmişə anlamalıdır ki, ermənilərə Rusiya ordusu kömək edib. Bu şəkildə Dnestryanı, Abxaziya, və Krım işğal olunub. Latviya, Estoniya, Polşa parlamentlərində işğalçı Dağlıq Qarabağ rejimi ilə dostluq əlaqələrini dəstəkləyən qruplar mövcud deyil. Təəssüf ki, Litva Seymində bu cür qəribə qrup formalaşıb, bu ölkəmiz üçün başucalığı deyil”.
Jurnalist yazısında S. Sarkisyanın Türkiyənin “erməni soyqırımı”nı tanımadığına görə Azərbaycanı günahlandırmasına təəccübləndiyini bildirib: “Bu ədəbsizlikdir. Dağlıq Qarabağı Ermənistanın əlindən Azərbaycan almayıb. Ermənistan Rusiya ilə əlbir olaraq Dağlıq Qarabağı işğal edib. Ermənistan Dağlıq Qarabağın işğalının ədalətsiz olduğunu nə vaxt etiraf edəcək? Əsl soyqırımı onların 1992-ci ildəXocalıda törətdiyini nə zaman deyəcək?”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info