Şahin Mustafayev: “Azərbaycanda 3000-ə yaxın türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir”
Tarix: 13.05.2015 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən B20 Azərbaycan Regional Məsləhət Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rıfat Hisarçıklıoğlunu qəbul edib. Görüşdə Şahin Mustafayev sahibkarlığın inkişafı məsələlərinin müzakirəsi, ölkələrin biznes cəmiyyətləri ilə qlobal siyasəti müəyyən edənlər arasında əlaqələrin yaradılması üçün G20-yə təkliflər verən B20 platformasının əhəmiyyətini, tədbirin Bakıda keçirilməsinin önəmini qeyd etmişdir. Sədrlik edən ölkə kimi Türkiyənin G20-yə qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlığın və mehriban dostluq münasibətlərinin daha bir göstəricisidir. Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Şahin Mustafayev əlaqələrimizin dünyada nümunə olduğunu vurğulayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda 3000-ə yaxın türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türk şirkətləri həmçinin, Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər. Azərbaycan Türkiyəyə, Türkiyə isə ölkəmizə investisiya qoyuluşu həyata keçirir. İqtisadiyyatın inkişafında və ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində özəl sektorun rolunu qeyd edən Şahin Mustafayev TOBB-un iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Görüşdə Şahin Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin regionun başlıca problemi olduğunu, Türkiyənin bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini, hər zaman Azərbaycanın yanında olduğunu bir daha diqqətə çatdırıb.
Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rıfat Hisarçıklıoğlu Azərbaycana səfərinin, ölkəmizin sürətli inkişafının onda dərin təəssürat yaratdığını ifadə edib. Bildirilib ki, ölkələrimizin mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar var və bu sahədə özəl sektor mühüm rol oynayır. Bu baxımdan iş adamları birlikləri, ticarət palataları arasında əlaqələrin genişləndirilməsi, sahibkarların iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Rıfat Hisarçıklıoğlu Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına, o cümlədən iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info