İndoneziyalı, tunisli və zimbabveli tələbələrdən “Bakı-2015”-ə dəstək
Tarix: 13.05.2015 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Muna Bulqami: “Bakıda açılış günü Şərq nağıllarında təsvir olunan möhtəşəm bayram əhvali- ruhiyyəsi olacağına əminəm”

Lameck Maninji: “Bakı-2015” həm də ölkəniz üçün bir reklam vasitəsi olacaq”

Fina Devalentia Daud: “Oyunları yüksək səviyyədə təşkil etməklə siyasi divident də qazana bilərsiniz”

Artıq neçə gündür ki, əcnəbi tələbələr- Asiya, Avropa və Afrikadan olan gənclər Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəstək nümayiş etdirirlər. Onlar təkcə Avropanı deyil, bütün qitələri Bakıda birləşdirməyi təklif edirlər. Olimpiya Oyunlarının da Azərbaycanın paytaxtı Bakıda keçirilməsini daha ədalətli addım olacağını deyən gənclər, hələlik dünya idman həyatının gündəmində olan Avropa Oyunları haqqında fikirlər səsləndirirlər. İndoneziyada oxuyan və eləcə də digər ölkələrdə yaşayan, Çin, Serbiya, Seneqal, Misir, Tunis, Pakistan, Özbəkistan, Laos, Nepal, Banqladeş, Hindistan, Sudan, Nigeriya, Konqo, Zimbabve, Madaqaskar, Keniya və Malidən olan tələbələrdən qısaca Avropa Oyunları haqqında fikirlərini öyrənməyə davam edirik və eləcə də onlar “Bakı-2015”-ə xüsusi formada-əllərində “Bakı-2015” yazılan plakatlarla dəstəklərini göstərirlər. Artıq bu layihə çərçivəsində İndoneziyada təhsil alan bir neçə əcnəbi tələbədən müsahibələr də almışıq. Növbəti müsahiblər isə Tunis, Zimbabve və indoneziyalı tələbələrdir.
Tunisdən olan tələbə Muna Bulqami müsəlman bir ölkəyə belə bir mühüm yarışın tapşırılmasından fəxr hissi keçirdiyini deyir. Onun sözlərinə görə, Azərbaycan bu yarışmaya uğurla ev sahibliyi etmək gücündədir, hətta ardıcıl olaraq bir neçə beynəlxalq yarış təşkil etməyə qadirdir: “Nəinki Avropa Oyunlarına, Olimpiya Oyunlarına da ev sahibliyi etmək gücündə olan bir ölkəniz var. Buna iqtisadi gücünüz də imkan verir. Əgər Qafqaz ölkələri haqqında maraqlansaq, görərik ki, Azərbaycan bu cür uğurları ilə digər ölkələri də öz ardınca aparır. Əlbəttə, tunisli gənc olaraq bu yarışmada öz ölkəmi də görmək istərdim. Sadəcə olaraq, adından da göründüyü kimi, bu, Avropa qitələrini əhatə edir. Amma Tunis əsilli idmançıların da Oyunlarda müxtəlif ölkələri təmsil edəcəyinə əminəm. Tunisdə də Azərbaycanda olduğu kimi, idmana böyük önəm verilir. İslam sülh, əmin-amanlıq qardaşlıq dinidir. Olimpiya oyunlarının da əsas meyarlarından biri budur. Müsəlman ölkə kimi Azərbaycan bu Oyunları yüksək səviyyədə təşkil etməklə hər kəsi təəccübləndirəcək. Azərbaycan rəhbərliyinə təşkilati işlərdə uğurlar arzu edirəm. Qısa zaman qaldı və Bakıda açılış günü qədim Şərq nağıllarında təsvir olunan möhtəşəm bayram əhvali- ruhiyyəsi olacağına əminəm. “Bakı, Avropanı yox, dünyanı təəccübləndir!- deyirəm”
Zimbabvedən olan tələbə Lameck Maninji də “Bakı-2015”in idman tarixində yeni səhifə açacağını deyir. Onun sözlərinə görə hər bir qitədə baş verən belə mühüm idman hadisələrinin tapşırıldığı ölkələr təsadüfdən seçilmir. Azərbaycanın inkişaf etmiş, sabit, güclü olması ona bu məsuliyyətli işi öz üzərinə götürməyə əsas verib: “Mən o qədər də yaxından tanımadığım bu ölkə haqqında bundan sonra yaxından maraqlanacağam. Təsəvvür edin ki, indi Oyunlardan sonra ölkəniz haqqında minlərlə insan necə maraqlanacaq. Bir diqqətçəkən məqamı da qeyd edim ki, Bakının böyük reklama ehtiyacı var idi. Nə mənada? Axı paytaxtınız Xəzər dənizinin sahilində yerləşir və qədim binaları-İçərişəhəri ilə daha çox tanına bilər. Bəlkə də Oyunlara gələcək minlərlə turist paytaxtınız haqqında məlumatsızdır. Amma hər şeyi öz gözləri ilə gördükdən sonra qədim Şərq koloritini özündə birləşdirən bu möhtəşəm şəhərdən heyran olacaqlar, öz ölkələrinə qayıdanda bu haqda daha çox danışıb, xeyli sayda turistdə maraq oyadacaqlar. Bu mənada “Bakı-2015” həm də ölkəniz üçün bir reklam vasitəsi olacaq. Uğurlarınıza sevinirəm və zimbabvelilər adından “Bakıya uğurlar”- deyirəm”.
İndoneziyalı xanım tələbələr də Avropa Oyunlarının cazibəsini artıq hiss etdiklərini, Oyunların başlanmasını səbirsizliklə gözlədiklərini deyirlər.
Fina Devalentia Daud deyir ki, İndoneziyada təhsil alan və diaspor fəalı olan azərbaycanlı tələbə Elmar İskəndərovun sayəsində ölkəmiz haqqında xeyli məlumatlı olublar. O, gənclərin idmana bağlı və meyilli olduqlarını deyərək yarışmanı izləmək üçün internet və televiziya imkanlarından maksimum istifadə edəcəklərini söylədi: “Bakı mənə sirli, sehrli şəhər kimi görünür. Təəssüf ki, məlum səbəblərə görə Bakıda yarışları canlı izləyə bilməyəcəyəm. Amma indoneziyalı gənc olaraq sizə dəstək olacağam. Maksimum tələbələr arasında “Bakı-2015”-lə bağlı təbliğat işlərində aktiv olacağam. Mən bilirəm ki, Azərbaycan zəngin tarix, mədəniyyət və resurslara malik bir ölkə olmaqla yanaşı, strateji cəhətdən regionun ən mühüm hissəsində yerləşir. Görünür, bu səbəbdəndir ki, torpaqlarınıza göz dikilib. Bunları ona görə qeyd etdim ki, tolerantlığın nümunəvi olduğu, əsasən, müsəlman və sülhsevər millətin yaşadığı bir ölkə olaraq, Oyunları yüksək səviyyədə təşkil etməklə siyasi divident də qazana bilərsiniz. Qoy dünya paytaxtınıza gəlib görsün ki, siz necə bir ölkəsiniz və belə bir ölkə daim uğurlara layiqdir. Qısası, mən də uğurlar arzu edir və açılış mərasimini səbirsizliklə gözləyirəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info