Avropa Oyunları Polşadakı sərgidə təbliğ olunub
Tarix: 13.05.2015 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Polşada ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 ildönümü münasibəti ilə “Heydər Əliyev polyakların gözü ilə” adlı möhtəşəm sərgi reallaşdırıb.
Polşanın paytaxtı Varşava şəhərinin iki əsas hərəkətli küçəsində, açıq havada keçirilən sərgi ulu öndərin həyat və fəaliyyəti haqqında, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, “Bakı-2015” birinci Avropa Oyunları və bütövlükdə Azərbaycanımız haqqında həqiqətlərin Polşa cəmiyyətinə dolğun və düzgün çatdırılması məqsədi ilə təşkil olunub.
Bu barədə məlumat verən ASGA-nın sədri Səbuhi Abbasov sərginin 4 panel üzrə təşkil olunduğunu deyib: “Sərgimiz 4 panel üzrə reallaşıb: Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanda Gül bayramı, Müasir və inkişaf edən Azərbaycan, “Bakı-2015” ilk Avropa Oyunları. Sərgi, bütövlükdə, Polşa cəmiyyətinin marağına uyğun formatda təşkil olundu. Sərgidə iştirak edəcək polşalılara “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı müxtəlif rekvizitlər (papaq, köynək, idman dəsti, buklet, reklam çapları və s.) hədiyyə edildi. Ümumilikdə 30-dan artıq eksponat şəhərin iki hərəkətli küçəsində polşalılara təqdim olundu. Bundan başqa 300-ə yaxın “Bakı-2015” ilk Avropa Oyunları haqqında vizual görüntüləri olan disklər, 100-ə yaxın üzərində “Bakı-2015” ilk Avropa Oyunları yazısı olan papaq və mayka, 20 ədəd “Bakı -2015” yazısı olan fincan, 500-ə yaxın Azərbaycan haqqında buklet, 50-yə yaxın parça və elektron bayraqlar polyaklara hədiyyə edildi. 1 saat keçirilməsi nəzərdə tutulan sərgi 3 saatdan artıq davam etdi. Hesab edirəm ki, bu cür təbliğat xarakterli layihələr bütün slavyan ölkələrində reallaşmalıdır. Öz növbəmdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə və Azərbaycanın Polşadakı səfiri Həsən Həsənova göstərdikləri diqqətə görə təşəkkür edirəm.”
Sərginin təşkilatçıları ASGA Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədov, ASGA Polşa nümayəndəliyinin polşalı üzvü Kamil Sobçak, ASGA Polşa nümayəndəliyinin üzvü, DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhməd, ASGA Polşa nümayəndəliyinin üzvü Səbinə Səlimzadədir.
Qeyd edək ki, “Heydər Əliyev polyakların gözü ilə” adlı sərgi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info