“Xırdalan dairəsi”ndəki təmir-tikinti işləri tez bir zamanda yekunlaşdırılacaq
Tarix: 13.05.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən “Xırdalan dairəsi”ndə də təmir işləri aparılır. Bu ərazidə köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Bu səbəbdən dairədə və yan yollarda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Bakı-Sumqayıt və əks istiqamətə hərəkət edən nəqliyyat vasitələri dairənin alt hissəsindən keçən tuneldən maneəsiz şəkildə istifadə edə bilərlər. Xırdalan şəhərinə daxil olan nəqliyyat vasitələri Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 13-ci kilometrliyində yerləşən “Masazır dairəsi”ndən istifadə etməklə, Binəqədi və Biləcəri qəsəbələri istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələri isə “Ekologiya postu”ndan sağa dönməklə hərəkətlərini davam etdirə bilərlər. Bundan başqa sürücülər alternativ olaraq Binəqədi şossesindən də istifadə edə bilərlər.
“Xırdalan dairəsi”ndə təmir işlərinin tez bir zamanda yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər edilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info