«RUH» AJMK-nın layihəsi əsasında Qubada tələbələrlə görüş keçirilib
Tarix: 13.05.2015 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Mayın 12-də Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında “Jurnalistika 2015: peşə dəyərləri və demokratik cəmiyyət quruculuğuna dəstək” mövzusunda tələbə-gənclərlə görüş keçirilib. Görüş «RUH» AJMK-nın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı reallaşdırdığı “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi çərçivəsində baş tutub.
Toplantını giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktoru Əli Allahverdiyev açıb. O, jurnalistikanın cəmiyyət həyatındakı rolundan danışıb və bildirib ki, bu peşə ona dəyər verən hər bir şəxs üçün cazibədardır. Hər kəs özünü jurnalistikada sınamağa meyllidir. Azərbaycan dövləti tələbə-gənclərin jurnalistikaya axınını stimullaşdırmaq üçün müxtəlif tədbirlər reallaşdırmaqdadır. “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsi də mövcud istiqamətdəki fəaliyyətə dəstək baxımından önəmlidir.
«RUH» AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov rəhbərlik etdiyi layihənin məqsəd və vəzifələri barədə məlumat verərək bildirib ki, 2014-cü ildən başlayaraq ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət testi tətbiq edildi. Eyni zamanda jurnalistikanın ixtisaslaşması üçün humanitar sahənin bakalavrları ilə yanaşı digər ixtisas qruplarını bitirənlərin də magistr pilləsində jurnalistikanı seçmələrinə imkan yaradıldı: “Layihəmizin məqsədi ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artırmaqdan, onların jurnalistika fakultələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Müəllimlər İnstitutunun Quba filialındakı görüş sayca üçüncü görüşümüzdür».
Layihənin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. S.Verdizadə 90-cı illərin ortalarında respublikada ictimai-siyasi sabitlik təmin edildikdən sonra ölkənin davamlı inkişaf strategiyasının müəyyənləşdirildiyini, bu ab-havanın mediaya da pozitiv təsir göstərdiyini vurğulayıb. Ekspert həmçinin Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərindən, qloballaşma dövründə medianın funksiya və vəzifələrindən, həmçinin ənənəvi mediadan onlayan mediaya keçid müstəvsində meydana çıxan xarakterik vəziyyətlərdən söz açıb.
Qubada nəşr olunan “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov çıxışında rəhbərlik etdiyi nəşrin fəaliyyət istiqamətlərindən danışıb. O bildirib ki, 95 illiyini qeyd etməyə hazırlaşan “Şəfəq” qəzeti bütün dövlərdə rayonun ictimai həyatında aktiv iştirak edib. Tələbə-gəncləri qəzetlə aktiv əməkdaşlığa çağıran baş redaktor bildirib ki, 21-ci əsr informasiya əsridir. Dövrün yaratdığı şərait hər bir şəxsin jurnalist kimi fəaliyyət göstərməsinə imkan verir. Bunun üçünsə müəyyən biliklərə yiyələnmək şərtdir. “RUH” AJMK-nın gerçəkləşdirdiyi layihə gəncləri jurnalistikaya daha yaxından bələd olmağa bir növ çağırışdır və qurumun təşəbbüsünün mütərəqqi tərəfi bundan ibarətdir. Quba Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev də layihənin əhəmiyyətinə bu baxımdan yanaşıb. O bildirib ki, jurnalistika böyük məziyyətlər tələb edən peşədir və bu peşənin daşıyıcıları üçün vətənpərvər olmaq daha çox lazımdır. M.Ağayev tələbə-gəncləri fəaliyyət göstərəcəkləri sahədə vətənpərvərliyə çağırıb.
Görüş aktiv müzakirələr şəraitində keçib. Tələbə-gənclərin jurnalistlərin ektremal şəraitdəki fəaliyyət xüsusiyyətləri, sosial şəbəkələr və ənənəvi mediadan onlayn mediaya keçidlə bağlı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info