İsveçrə şirkəti ilə 5 ədəd ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb
Tarix: 13.05.2015 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


Bu gün “Azərbaycan Dəmir Yolları” QSC ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında KİSS markalı 5 ikimərtəbəli qatarın alınması üzrə saziş imzalanıb.
İlk 2 qatar iyun ayında Azərbaycana gətiriləcək. Digər üç qatarın isə 2016-cı ilin yanvarınadək ölkəyə gətirilməsi nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, yeni qatarlardan bütün vətəndaşlar istifadə edə biləcək.
C.Qurbanovun sözlərinə görə, ilk olaraq qatarlar “Koroğlu” metrosu ilə Bakı sərnişin vağzalı (28 May metrostansiyası) arasında işləyəcək.
“Oyunların çox hissəsi sözügedən əraziyə yaxın olduğundan bu qərara gəldik. Amma sonradan bu qatarlardan Sumqayıt yolunda da istifadə olunacaq. Biz sürəti artırandan sonra gələcəkdə bu qatarların bəzi rayonlarda, məsələn, Gəncə, Xaçmazda da istifadəsini nəzərdə tutmuşuq" - deyə, qurum sədri bildirib.
C.Qurbanov əlavə edib ki, müqavilənin ümumi dəyəri 60-70 mln. avro civarındadır. Müqavilənin şərtlərinə görə, qatarların dəyəri 20 illik kreditlə ödəniləcək.
Qeyd edək ki, qatarların hər biri 4 vaqondan ibarətdir. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes sinfinə aiddir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Azərbaycan nefti bahalaşıb
26.03.2019
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edən ilk sərnişin qatarı Gürcüstana gəlib
26.03.2019
AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info