“British Antarctic Survey”: “Antarktidada buz qatının əriməsi dəniz səviyyəsinin artmasına ciddi təsir edəcək”
Tarix: 13.05.2015 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


“Hər il “Larsen C” buz qatı aşağıdan 28 sm qalınlığını itirir, həmçinin istiləşən hava hər il buz qatının yuxarıdan ildə 3,7 sm nazilməsinə səbəb olur”

Antarktida qitəsinin Antarktida yarımadasındakı ən böyük buz qatı okeanın istiləşməsi və hava temperaturuna görə getdikcə nazilməkdədir. Bu barədə “The Guardian” həyəcan təbili çalan yazı yazıb. Qeyd edilir ki, buz qatının əriməsi dəniz səviyyəsinin artmasına ciddi təsir edəcək. Bu barədə aparılan yeni araşdırmalar bu nəticəyə gətirib. “British Antarctic Survey” (BAS) qurumunun araşdırmasına görə, “Larsen C” buz qatı Uelsdən 2,5 dəfə böyükdür. Araşdırıcı qrup peyk vasitəsilə aşkara çıxarıb ki, “Larsen C” 1998-2012-ci illərdə özünün qalınlığını 4 metr itirib. İndiyə qədər alimlər bilmirdilər ki, itki yuxarıdan, yoxsa aşağıdan baş verir. Amma yeni araşdırma ortaya çıxarıb ki, ərimə daha çox aşağıdan baş verir. Araşdırmaya görə, hər il həmin buz qatı aşağıdan 28 sm qalınlığını itirir. Bu əsasən, aşağıdan baş verir. Bu nazilməyə görə, artıq buz qatları çökməyə meyillənib.
O da qeyd edilir ki, yarımada dünyada ən sürətlə istiləşən yerlərdən biridir. Həmçinin bildirilir ki, istiləşən hava da hər il buz qatının yuxarıdan ildə 3,7 sm nazilməsinə gətirib çıxarır.
Bildirilir ki, buz qatının əriməsilə, ilk nəticədə, daha çox sahilyanı ölkələr və yaşayış əraziləri risklə üzləşə bilərlər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info