“Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” adlı təlimlər yekunlaşdı
Tarix: 13.05.2015 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


13 may 2015-ci il tarixdə M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” mövzusunda sonuncu təlim keçirilmişdir.
Təlimdə əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun Milli Məclis tərəfindən aprelin 28-də qəbul olunduğunu bildirmişdir. Hümbət Hüseynov vurğulamışdır ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsiplərini, bunlara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Hər bir bələdiyyə qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur. Sədr bu baxımdan bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları ilə bağlı M.Ə.Rəsulzadə Bələdiyyəsində keçirilən təlimlərin əhəmiyyətini vurğulamışdır.
Təlim müddətində Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının informasiya portalı olan qhtxeber.az saytının baş redaktoru, təlimçi Sənan Nəcəfov bildirmişdir ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun məqsədi yerli özünüidarə orqanlarının və bələdiyyə qulluğunun nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadının yüksəldilməsi, həmçinin, yerli özünüidarə orqanlarının və bələdiyyə qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasıdır.
Təlimdə üç fəsil, 20 maddədən ibarət “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunda əks olunan ayrı-ayrı bəndlər üzrə izahatlar verilmiş, qanunvericiliyin bələdiyyə qulluqçuları qarşısında qoyduğu vəzifələr aydınlaşdırılmışdır. Bələdiyyə qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi məsələləri də müzakirə mövzusu olmuşdur.
Qeyd edək ki, M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə reallaşdırılan “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modellənməsi” mövzusunda təlimlər bir ay müddətində həyata keçirilmişdir.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info