Praqada ulu öndərə həsr olunan beynəlxalq şahmat turniri
Tarix: 13.05.2015 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Çexiyanın paytaxtı Praqada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri təşkil olunub. Çexiya-Azərbaycan İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə keçirilən turnirdə hər iki ölkənin həvəskar şahmatçıları iştirak ediblər.
Turnir qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilib. Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev qaliblərə hədiyyə və sertifikatlar təqdim edib. Turnir qalibləri qarşısında çıxış edən səfir F.Şəfiyev ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında söz açıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini xatırladıb. Eyni zamanda, səfir Azərbaycanın şahmat ənənələri, ölkəmizin şahmat idman növündə əldə etdiyi nailiyyətlər barədə danışıb. F.Şəfiyev hər bir iştirakçıya təşəkkürünü bildirib və belə şahmat turnirlərinin növbəti illərdə də ənənəvi şəkildə keçiriləcəyinə əminliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info