“Azərbaycan Avropa Oyunlarının ideal təşkilatçısı olacaq”
Tarix: 14.05.2015 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Avropa Oyunlarının ideal təşkilatçısı olacaq və gələcəkdə Olimpiya Komitəsinə çox şey təklif edə biləcək. Bunu “Trend”ə Monteneqro Olimpiya Komitəsinin prezidenti Dyusan Simonoviç deyib.
Onun sözlərinə görə, Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi Azərbaycana göstərilən böyük etimaddan xəbər verir: "Bakıda bir neçə dəfə olmuşam. Burada gördüklərim mənə gözəl təəssürat bağışladı. Azərbaycan idmanın inkişafına böyük töhfə verir".
D.Simonoviç qeyd edib ki, I Avropa Oyunları qitə üçün əsl idman çağırışı olacaq: "Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıya son səfərində bəyan etdi ki, şəhər unudulmaz tədbiri keçirməyə tam hazırdır. O, həmçinin qeyd etdi ki, Azərbaycan və Monteneqro idman ənənələrinə görə bir-birinə bənzəyir. İdman ənənələri və uğurları baxımından Azərbaycana oxşarlıq görürük".
Komitə prezidenti əlavə edib ki, Azərbaycanda idmanın inkişafına böyük dəstək, idman infrastrukturuna investisiyalar, silsilə ciddi idman yarışlarının uğurla təşkili I Avropa Oyunlarının Bakıda keçirilməsinə əsas verən amillərdir: "Monteneqro I Avropa Oyunlarına ən istedadlı idmançılarını göndərmək niyyətindədir. Nümayəndə heyətimiz 90 nəfərdən ibarətdir, 56 atlet müxtəlif idman növlərində yarışacaq. 650 min nəfərlik kiçik dövlətimiz olsa da, həmişə böyük gözləntilərimiz və nəticələrimiz olub".
O, diqqətə çatdırıb ki, Oyunlar Azərbaycan və Monteneqro arasında əməkdaşlığın dərinləşməsinə və onun daha da inkişafına xidmət edir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info