Vatikan Fələstini rəsmən tanıyacaq
Tarix: 14.05.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Vatikanın Fələstin dövlətini rəsmən tanımasını əks etdirən yeni müqavilənin mətninin hazır olduğu bəyan edilib. İkitərəfli Komissiyanın iclasında verilən bu məlumata əsasən artıq rəsmi Vatikan Fələstin Azadlıq Təşkilatı ilə deyil, Fələstin dövləti ilə diplomatik münasibətlər qurmağı nəzərdə tutub. Sənədin aidiyyəti qurumlar tərəfindən təsdiqindən sonra imzalanması gözlənilir.
Qeyd edək ki, Müqəddəs Taxt-Tac BMT Baş Assambleyasının 2012-ci ildə Fələstin dövlətinin tanınması ilə bağlı qərarını alqışlayıb. Lakin müvafiq razılaşma Vatikanla Fələstin arasında bu istiqamətdə ilk hüquqi sənəddir və rəsmi diplomatik tanınmanı əks etdirir.
“Bəli, bu, belə bir dövlətin mövcudluğunun tanınması deməkdir” - deyə Vatikanın mətbuat katibi Federiko Lombardi məsələyə münasibət bildirib.
İsrail XİN-in bu xəbərə reaksiyası gecikməyib. Qurum Vatikanın bu addımından təəssüfləndiyini bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info