“Avropa Oyunlarının hazırlığına dair tenderi qazandığımıza görə çox məmnunuq”
Tarix: 14.05.2015 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilən II “Fransa-Azərbaycan 2015” biznes forumunda “Bakı-2015” I Avropa Oyunlarının hazırlıq işlərinə dair təqdimat keçirilib.
Avropa Oyunları ilə bağlı Bakıda quruculuq və infrastruktur işləri ilə məşğul olan “GL Events” şirkətinin baş direktoru və biznes layihələri üzrə məsul şəxsi Olivye Moyz tədbirdə çıxış edərək şirkətin Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib: “İlk Avropa Oyunlarının hazırlığına dair tenderi qazandığımıza görə çox məmnunuq. Bu, bizim üçün çox əhəmiyyətli müqavilədir. Əlbəttə ki, ilk atılan addımlar hər zaman çətin olur. Yalnız onu deyə bilərəm ki, Azərbaycan olduqca maraqlı ölkədir. Ölkə əvvəlki illərə nisbətən çox surətlə dəyişib. Tam səmimi deyim ki, buradakı işlərimiz nəzərdə tutduğumuzdan daha asan getməyə başladı. Azərbaycana, xüsusən də Bakıya gəldikdə, bu şəhərin kiçik bir Parisə bənzədilməsi fikri çox xoşuma gəldi. Doğrudan da Bakı get-gedə daha çox Qərb şəhərinə çevrilir. Burada işləmək, insanlarla münasibətdə olmaq çox maraqlıdır”.
O. Moyz açıqlamasında Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin demək olar ki, tam başa çatdığını bildirib: “İmzaladığımız müqaviləyə əsasən bizim işimiz mətbuat və idmançılar üçün nəzərdə tutulmuş mərkəzlərin quraşdırılmasıdır. İşlərimiz çox rahat getdi, elə bir çətinliyimiz olmadı. Bu da oyunlarla bağlı təşkilatçılıq işlərinin yüksək və keyfiyyətli şəkildə təşkil olunması ilə bağlıdır. Təşkilat komitəsi lazım olan bütün infrastruktur və quraşdırma işlərini hərtərəfli və detallı şəkildə təşkil etməyə qadirdir. Bizə gəldikdə isə, ilkin mərhələdə nəzərdə tutulan işlərimizi bitirməkdəyik, bundan sonrakı istəyimiz isə Avropa Oyunlarından sonra Azərbaycanda qalıb, bilik və bacarıqlarımızı tətbiq etməyə davam etməkdir. Əvvəllər Azərbaycan elə də tanınmırdı, bu gün isə özünəməxsus imici var və bu imic müsbətdir. Hər şey belə getsə, o zaman təbii ki, bu kimi əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsinə daha çox imkan yarana bilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info