“The Ethiopian Herald”: “Bakı-2015” bütün dünya üçün əzəmətli tədbir olacaq”
Tarix: 14.05.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Efiopiyanın “The Ethiopian Herald” qəzeti Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş məqalə dərc edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqalədə ilk Avropa Oyunlarının başlanmasına az bir müddət qaldığı qeyd olunur və vurğulanır ki, qədim Atəşgah Məbədində xüsusi mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Oyunların məşəlinin alovlandırılması bu mötəbər idman tədbirinin ən yüksək hazırlıq həddinə çatdığının göstəricisidir.
Məqalənin müəllifi 6 min idmançını bir araya toplayacaq möhtəşəm oyunları izləmək üçün dünyanın müxtəlif yerlərindən insanların Bakıya axışacağını bildirir. Məqalədə Azərbaycan Respublikasının Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev “Bakı-2015” İlk Avropa Oyunlarının bütün dünya üçün möhtəşəm və əzəmətli bir tədbir olacağını bildirir. Səfir Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın ən müasir idman infrastrukturuna malik olduğunu oxucuların diqqətinə çatdırır, bütün ölkəni əhatə edən məşəl estafeti barədə məlumat verir.
Məqalədə Olimpiya Stadionundan və keçirilməsi nəzərdə tutulan tədbirlərdən də bəhs edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Azərbaycanda tullantılardan nə qədər elektrik enerjisi istehsal edilir?
24.04.2019
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanıb
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info