İsrail səfiri Naxçıvanda
Tarix: 14.05.2015 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz muxtar respublikaya səfəri çərçivəsində mayın 13-də Naxçıvanın görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri, regionda istehsal olunan məhsulların sərgiləndiyi Naxçıvan Biznes Mərkəzi və Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olub.
Səfir əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan məhsullar sərgilənir. Hazırda burada 90 müəssisənin 129 növdə və 652 çeşiddə məhsulu nümayiş olunur.
Qeyd edilib ki, 1995-ci illə müqayisədə muxtar respublikada ümumi daxili məhsul istehsalı 54,7 dəfə, sənaye məhsulunun həcmi 97,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 303,3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9,2 dəfə, xarici ticarət dövriyyəsi 27,2 dəfə, əhalinin gəlirləri 56,3 dəfə artıb. Təkcə 2014-cü ildə 47 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. İndi muxtar respublikada bir çox sahələrdə istehsal olunan məhsullara nəinki Cənubi Qafqaz və MDB məkanında, eləcə də dünya bazarında böyük tələbat var. İstehsal sahələrinin çoxşaxəli olması blokada şəraitində yaşayan muxtar respublikanın idxaldan asılılığını minimuma endirir. Bu isə ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətlə bağlıdır.
Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, ötən ilin aprelində istifadəyə verilmiş kompleksdə ən müasir avadanlıqlar quraşdırılıb. Təmizləmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Sutəmizləyici qurğuda bütün iş prosesinin avtomatik olaraq tənzimlənməsi sistemin etibarlılığını və davamlılığını təmin edir. İqtisadi cəhətdən səmərəli olan yeni nanosüzgəcli qurğu ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli maddələri tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olduğundan emal zamanı xlordan istifadəyə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və tərkibinə idarəetmə mərkəzində quraşdırılan kompüterlə nəzarət olunur, iş prosesi avtomatik idarə edilir. Kompleksdə ümumi tutumu 25 min kubmetr olan 3 su anbarı tikilib. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verir.
Ordubad şəhərində Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyət göstərdiyi Qeysəriyyə binası, akademik Yusif Məmmədəliyevin ev-muzeyi, şəhərin qədim tarixi abidələri və küçələri, Naxçıvan şəhəri yaxınlığındakı Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da İsrailin Azərbaycandakı səfiri Rafael Harpazda xoş təəssüratlar yaradıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info