Tərcümə Mərkəzinin nümayəndə heyəti Çexiya Milli Kitabxanasında olub
Tarix: 14.05.2015 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycanı Praqa Kitab Sərgisində təmsil edən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti bu gün Çexiya Milli Kitabxanasında olub. Qurumdan verilən məlumata görə, Milli Kitabxananın Qədim əlyazmalar və qədim nəşrlər şöbəsinin müdiri Yindrjix Marek qonaqları Nizami Gəncəvinin 1390-cı ildə xəttatlar tərəfindən üzü köçürülmüş “Yeddi gözəl” və “İsgəndərnamə”si, Cəlaləddin Ruminin XVII əsrə aid “Məsnəvi”si və digər qədim Şərq ədəbiyyatı nümunələrinin əski nüsxələri ilə tanış edib.
Mərkəzin direktoru Afaq Məsud bu unikal nüsxələrlə yaxından tanış olmağa imkan yaratdığına görə kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib: “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin qədim əlyazmalarının Çexiya Milli Kitabxanasında qorunub saxlanılması fərəhli hadisədir. Çox istərdik ki, bu kitabxanada Azərbaycan ədəbiyyatının zəngin söz xəzinəsindən digər ədiblərin əsərlərinə də yer ayrılsın. Həmçinin bizi bu qədim kitabxananın arxivində saxlanan xəritələr və atlaslar da maraqlandırır. Biz, Azərbaycan həqiqətini, dünya kitabxanalarında saxlanan, ölkəmizin qədim ərazilərinin fiksə edildiyi xəritə və atlasları dünya ictimaiyyətinə çatdırmaq istiqamətində iş aparırıq. Ümid edirəm ki, sizin bu qədim kitabxana ilə də, qeyd olunan istiqamətdə faydalı işlər görə biləcəyik”.
Daha sonra Mərkəzin nümayəndə heyəti, Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikova kitabxananın digər zalları ilə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info