Qəzalı körpü bərpa ediləcək
Tarix: 14.05.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən qəzalı körpünün aşırım tirlərinin sökülməsinə başlanılıb. Qısa müddət ərzində körpünün bərpa edilməsi planlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ötən gün axşam saatlarından nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün çay yatağına boru düzülərək alternativ yol salınıb. Nəqliyyat vasitələri müvəqqəti salınan yolla hərəkətlərinə davam edə bilərlər. Hələlik yeni salınan müvəqqəti yolun hərəkət hissəsi eyni vaxtda yalnız bir istiqamətə hərəkətə imkan yaradır. Bu üzdən nəqliyyat vasitələrinə növbəli şəkildə sözügedən yolla hərəkət etmələrinə icazə verilir. Hazırda müvəqqəti yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılır və yaxın müddət ərzində həmin yolla hər iki istiqamətə maneəsiz hərəkət tam təmin olunacaq.
Xatırladaq ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 12 may tarixində, axşam saat 20:00 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.
Körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info