Kanadalı ekspert: “Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün əla imkandır”
Tarix: 14.05.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliği üçün əla imkandır”. Bunu “Trend”ə Kanadanın “İnter Action Council” təşkilatının baş katibi Tomas Aksvorsi deyib.
O bildirib ki, Azərbaycan bir çox istiqamətlərdə bu Oyunlardan uzunmüddətli faydalar götürəcək.
T.Aksvorsi vurğulayıb ki, ilk Avropa Oyunları idman tarixində bir yenilik olduğu üçün buna daha böyük diqqət göstəriləcək:
“Bundan əlavə Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək. O cümlədən, Oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Dünyanın bir çox ölkələrində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək, Azərbaycana gəlmək istəyəcəklər ki, bu da ölkədə turizmin genişlənməsinə şərait yaradacaq”.
T.Aksvorsi vurğulayıb ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda, ölkənin beynəlxalq imicinin yüksəlməsinə də səbəb olacaq. Onun sözlərinə görə, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına imkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info