“Azərbaycana rəhbərlik edənlərin gələcəyə baxışları xoşuma gəlir”
Tarix: 14.05.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


“Azərbaycana rəhbərlik edənlərin gələcəyə baxışları xoşuma gəlir, neftdən sonrakı dövr artıq onların beynində həkk olunub.
Təbii ki, neft-qaz sektorundan kənarda uğurlu iqtisadiyyata nail olmaq üçün nəqliyyat, şəhər nəqliyyatı, metro, eyni zamanda telekommunikasiya kimi infrastruktur layihələrə sərmayələrin qoyulması yaxşı olardı. Bütün bu sahələr üçün Fransanın təqdim edə biləcəyi müasir texnologiyalar var. Bu da indiyə qədər Bakının yolunu belə tanımayan Fransa şirkətləri üçün böyük imkanlar açır”.
Bu sözləri açıqlamasında Parisdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş II “Fransa-Azərbaycan 2015” biznes forumunda iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib.

P. Mönye bildirib ki, iri layihələr nəzərə alınmazsa, davamlı iqtisadi artımın, ticarətin kökündə duran amil kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir: “Təəssüf ki, bu vaxta kimi biz belə şirkətləri lazımınca dəstəkləmək imkanında olmamışıq. Amma təxminən bir ildir ki, “Biznes Frans” qurumu kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə yardım göstərir, Fransa-Azərbaycan Ticarət Palatası da öz növbəsində tam gücü ilə işləməyə başlayıb. Bu qurum iki həftədir qeydiyyata alınıb və bundan sonra belə şirkətlərə ölkənizi daha yaxşı tanımaq üçün yardım göstərə biləcək. Hazırkı Fransa-Azərbaycan biznes forumundan əlavə, iyunun 6-da Bakıda “Davamlı şəhər” mövzusuna dair forum təşkil olunacaq. Əlbəttə ki, davamlı şəhər mövzusu Azərbaycanda bir çox sahələri əhatə edir. Bura binaların daha müasir şəkildə tikilməsini nəzərdə tutan inşaat, göllərin və Xəzər dənizinin təmizlənməsini əhatə edən ətraf mühitin qorunması kimi məsələlər aiddir. Bütün bu layihələr Fransa, Azərbaycan və eyni zamanda fransız şirkətlərinin Türkiyə filiallarının birgə çalışmasına imkan yaradacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info