Erməni nazir: “Elektrik enerjisinin qiyməti artırılmalıdır”
Tarix: 14.05.2015 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Ermənistanda elektrik enerjisinin tarifinin 2016-cı ildə də artacağı gözlənilir. "1in" agentliyinin verdiyi məlumata əsasən, bu barədə Ermənistanın Energetika və Təbii Resurslar naziri Yervand Zaxaryan bildirib.
O qeyd edib ki, artıq bu il elektrik enerjisinin bahalaşacağı məlumdur.
“Ermənistanın elektrik şəbəkəsi” (EEŞ) şirkəti artıq Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyasına cari tarifin 17 dram artırılması tələbi ilə ərizə təqdim edib. Ancaq bu da kifayət etmir. Çox güman ki, Ermənistanda elektrik enerjisinin tarifi 2016-cı ildə də artacaq”, - deyə Y.Zaxaryan bildirib.
Məlumdur ki, növbəti yazda yenidənqurma işləri ilə əlaqədar olaraq Ermənistan AES-i altı ay işləməyəcək: "Bu dövr ərzində elektrik enerjisinə olan defisit əsasən Razdan İES-nin hesabına ödənəcək. Bu da kifayət qədər bahadır və ötən il olduğu kimi elektrik enerjisinin qiyməti yenə artacaq" - deyə nazir bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə Ermənistanda elektrik enerjisi dörd dram artıb: "Buna səbəb atom stansiyasının əlavə 88 gün işləməməsi və EEŞ-in yüksək qiymətə Razdan İES-dan əlavə elektrik enerjisi alması olub".
“Bu dəfə elektrik enerjisinin bahalaşmasına səbəb EEŞ-in 24 milyard dramlıq borcunun kompensasiya edilməsidir”, - deyə Y.Zaxaryan bildirib.
Nazirin sözlərinə görə, EEŞ-in bu qədər borc yığmasının üç səbəbi var – adi atom stansiyası, ötən il suyun az olması və balans rejiminin pozulması. Nazir bildirib ki, EEŞ bu səbəblərə görə məsuliyyət daşımır, deməli, elektrik enerjisinə olan tarif artırılmalıdır.
Bununla belə, Zaxaryan maraqlı bir bəyanat da verib: "Paylayıcı şəbəkələrdə elektrik enerjisinin itkisi təqribən 15-16 faiz, icazə verilən hədd isə 12 faiz olmalıdır. Son bir neçə ildə normanı 4-5 faiz üstələyən itkilər qeydə alınıb".
Nazirin sözlərinə görə, il ərzində 1 faiz itki isə 2,5 milyard dram deməkdir: "Yəni, hər il normaları keçən itkilərin qiyməti 10 milyard dram təşkil edib. Qalan 12 faiz artıq tarifdə hesablanıb".
Rəsmi bəyanatlardan asılı olmayaraq, belə bir qərara gəlmək olar ki, EEŞ-in əsas borcunu bu itkilər formalaşdırır. İtkilərdə texniki səbəblərin, sistemdəki oğurluq nəticələrinin neçə faiz olması ilə bağlı sualları Y.Zaxaryan cavablandırmaq istəməyib. O, itkiləri araşdıran xüsusi komissiyanın olduğunu bildirib.
Nazir elektrik enerjisinin bahalaşmasını Ermənistanın enerji daşıyıcılarının olmaması ilə əlaqələndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info