Ramazan ayının başlanmasını xəbər verən yeni Ay iyunun 16-da təzələnəcək
Tarix: 14.05.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası tərəfindən Ramazan ayının başlanması, Ramazan bayramı, Qurban bayramı və digər dini mərasimlərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsi və Nazirlər Kabinetinə təqdim edilib.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib ki, yekun təkmilləşmə başa çatandan sonra Qafqaz Müsəlmanları İdarəsi(QMİ) Ramazan Ayının başlanması ilə bağlı fətva verəcək. Onun sözlərinə görə, Ramazan ayının başlanmasını tarixinin açıqlanması yalnız QMİ-nin səlahiyyətinə aiddir. Bu il də idarə rəsədxana tərəfindən təqdim ediləcək hesablamalara və məlumatlara uyğun fətva verəcək.
Qeyd edək ki, bu il astronomik təqvimə əsasən, Ramazan ayının başlanmasını xəbər verən yeni Ay iyunun 16-sı saat 19:07-də təzələnəcək. Ramazan ayından sonra ayın təzələnməsi isə iyulun 16-da saat 06:26 dəqiqədə baş verəcək.
Nazirlər Kabinetinin “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qəbul etdiyi qərara əsasən, bu il Azərbaycanda 17, 18 iyul tarixlərindən Ramazan bayramı, 24, 25 sentyabr tarixlərində isə Qurban bayramı qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Xatırladaq ki, (QMİ) bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
24.06.2019
Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır
24.06.2019
“Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir”
24.06.2019
Dünya şöhrətli azərbaycanlı ovçu “Russian Business Guide” jurnalında
24.06.2019
Müstəqilliyimizin və müttəfiqliyimizin zəfərlərə aparan sarsılmazlığı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info