Əli Həsənov “Press Association” və “Associated Press” agentliklərinin rəhbərləri ilə görüşüb
Tarix: 14.05.2015 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Mayın 14-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-ın dəvəti ilə Bakıda səfərdə olan Böyük Britaniyanın “Press Association” xəbər agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın “Associated Press” agentliyinin vitse-prezidenti Con Danişevski ilə görüşüb. Prezidentin köməkçisi Əli Həsənov qonaqlara Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, onların inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verib. Əli Həsənov Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə danışaraq, “Bakı-2015”in rəsmi informasiya agentliyi olan AZƏRTAC-ın tərəfdaşları – “Associated Press” və “Press Association” agentlikləri tərəfindən də bu idman tədbirinin geniş işıqlandırılacağına əminliyini vurğulayıb. Əli Həsənov 2016-cı ildə AZƏRTAC-ın sədrliyi ilə Bakıda keçiriləcək V Dünya Xəbər Agentlikləri Konqresinin, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının Baş Assambleyasının yüksək səviyyədə təşkil olunması üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal qeyd edib ki, bu ilin martında Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Şurasının iclasında Avropa Oyunlarının işıqlandırılması və Dünya Xəbər Agentlikləri Konqresinə hazırlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb. O, həm AZƏRTAC-ın, həm də Azərbaycanın dostları kimi medianın inkişafı, onun problemlərinin həlli və peşəkarlığın yüksəldilməsi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduqlarını söyləyib. “Associated Press” agentliyinin vitse-prezidenti Con Danişevski xəbər agentliklərinin təmsilçiləri kimi Azərbaycanda medianın inkişafına və Dünya Xəbər Agentlikləri Konqresinin uğurla keçməsinə kömək göstərəcəklərini diqqətə çatdırıb, bu məsələlərlə bağlı fikirlərini bölüşüb. Görüş zamanı mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi, medianın müstəqilliyinin gücləndirilməsi, dünyada mövcud olan müasir standartların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar səmimi görüşə görə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova minnətdarlıqlarını bildiriblər. Görüşdə AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info