Erməni qəzeti: “ Neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda ÜDM-in artımı 5,3 faiz təşkil edib”
Tarix: 14.05.2015 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


“Beynəlxalq maliyyə strukturları bildirir ki, Ermənistan iqtisadiyyatı zəifləyəcək və Ümum Daxili Məhsulun artımı sıfra yaxın olacaq”

“Ermənistan iqtisadiyyatı tənəzzülə yuvarlanır”. Bu barədə yazan Ermənistanın “Lragir” qəzeti bildirir ki, Ermənistan iqtisadiyyatı artıq ikinci ildir ardıcıl olaraq dövlət büdcəsində iqtisadi artım göstəricisini doldura bilmir: “Bu gün bir çox beynəlxalq maliyyə strukturları Ermənistan iqtisadiyyatının 2015-ci il üçün artım proqnozlarını daha da bədbinləşdiriblər. Onlardan bir neçəsi proqnozlaşdırır ki, Ermənistan iqtisadiyyatı yavaşıyacaq və Ümum Daxili Məhsulun artımı sıfra yaxın olacaq. Digərləri isə resessiya, hətta bəziləri tənəzzül gözləyir. Bununla bərabər, Ermənistan Mərkəzi Bankının məlumatlarına görə, 2015-ci il üçün ölkənin iqtisadi artımı, dövlət büdcəsində nəzərdə tutulmuş 4,1 faizlik göstərici qarşılığında 0,4-2 faiz olacaq.
Qeyd edilməlidir ki, xarici şoklar, o cümlədən, Rusiya iqtisadiyyatının sanksiyalar fonunda zəifləməsi, dolların möhkəmlənməsi, Ermənistan iqtisadiyyatının ötənilki göstəricilərində ciddi şəkildə əks olunub. 2014-cü ilin ÜDM artımı büdcədə nəzərdə tutulmuş 5,2 faiz qarşılığında 3,4 faiz olub.
Bu ilin birinci rübünün yekunlarına görə isə Ermənistanda xarici ticarət 945,1 milyon dollar təşkil edib ki, bu da 28 faiz azalma deməkdir. Çünki idxal 30,5 faiz, ixrac isə 23 faiz azalıb.
Qeyd edilməlidir ki, üç ay ərzində xarici ticarətin həcminin azalması Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasından sonra baş verib. Bunun bir səbəbi də erməni biznesmenlər üçün gömrük prosedurlarındakı dəyişikliklərə və idxal-ixrac mallarının sənədləşdirilməsinə görə problemlərin yaranmasıdır.
Avrasiya İqtisadi Birliyi ilə Ermənistanın xarici ticarət dövriyyəsi 42,5 faiz azalaraq, 191,5 milyon dollar olub. Rusiya ilə ticarət isə 41,2 faiz azalıb. Birinci rübün yekunlarına görə, Ermənistanın Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsi 31,7 faiz, digər ölkələrlə isə 18,2 faiz azalıb.
Ticarət dövriyyəsindən başqa, pul köçürmələri də azalıb. Pul köçürmələri Ermənistan iqtisadiyyatının artımı üçün əsas faktorlardan biridir. Ermənistan büdcəsinə transfertlər 16-17 faiz təşkil edir. Belə bir halda, bu ilin birinci rübündə Ermənistana pul köçürmələri 37,6 faiz azalaraq, 206,3 milyon dollar olub.
Ermənistana pul köçürmələrinin əsas hissəsi Rusiyanın payına düşür - 69,9 % faiz. Rublun düşməsi ilə Rusiyadan pul köçürmələrinin həcmi 45 faiz azalıb. Bununla yanaşı Ermənistan Mərkəzi Bankının proqnozuna görə, fiziki şəxslərin 2015-ci il üçün pul köçürmələri 30 faiz azalacaq”.
Yazı müəllifi onu da qeyd edir ki, neftin qiymətlərinin düşməsinə baxmayaraq, 2015-ci ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda ÜDM-nin artımı
5,3 faiz təşkil edib. Bu isə Ermənistanın artmayan ÜDM-i ilə müqayisədə olduqca yaxşı rəqəmdir.

Ermənistanda elektrik enerjisi bahalaşır

Ermənistan iqtisadiyyatının zəifləməsi, büdcənin boşalması, bu ölkə hakimiyyətini əhalinin cibinə girməyə daha çox vadar edib. “1in” yazır ki, Ermənistanda elektrik enerjisinin bahalaşması hər kəsə məlumdur: “Ermənistanın elektrik şəbəkəsi” artıq Ermənistanın ictimai xidmətlərin tənzimlənməsi komissiyasına elektrik enerjisinin qiymətinin 17 dram bahalaşması tələbi ilə tələbnamə təqdim edib. Amma bu da kifayət deyil. Elektrik enerjisinin tarifi 2016-cı ildə qalxa bilər. Bu barədə Ermənistanın təbii ehtiyatlar və energetika naziri Ervand Zaxaryan bildirib. Məlumdur ki, növbəti yazdan Ermənistan AES, yenidən təchizatı ilə bağlı olaraq 6 ay işləməyəcək. Bu müddətdə elektrik enerjisi çatışmazlığı, əsasən, Razdan İES tərəfindən qarşılanacaq. Bu isə yetərincə bahadır və buna görə də elektrik enerjisinin qiyməti kifayət qədər qalxacaq.
Xatırladaq ki, ötən il Ermənistanda elektrik enerjisi 4 dram bahalaşıb, belə əsas olub ki, atom stansiyası 88 gün işləməyib, buna görə də elektrik enerjisini Razdan İES-dən almalı olublar. Ümumiyyətlə, Ervand Zaxaryanın fikrincə, elektrik enerjisi ildə bir dəfə bahalaşmalıdır. Bu dəfə isə elektrik enerjisi Atom elektrik stansiyasının yığılıb qalmış 24 milyard dramının kompensasiya edilməsi məqsədilə bahalaşdırılır.
Qeyd edilir ki, erməni nazir bahalaşmanı həm də onunla əsaslandırmağa məcbur olub ki, Ermənistan öz enerjidaşıyıcıları olmayan və onları idxal edən ölkədir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info