“Avropa Oyunlarında bütün çəki dərəcələri üzrə qızıl medallar uğrunda mübarizə aparacağıq”
Tarix: 14.05.2015 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


“Güləşçilərimiz hər bir çəki dərəcəsində birincilik uğrunda mübarizə aparacaq. Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində 17 təlim məşq-toplanışı keçmişik. İdmançılarımız yarışa həm fiziki, həm də texniki cəhətdən yaxşı hazırlaşıb”.
Bu sözləri yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrabadi söyləyib. Məşqçi bildirib ki, birinci Avropa Oyunlarına hazırlığı çərçivəsində mayın 7-dən başlayaraq Xaçmaz Olimpiya İdman Kompleksində 10 günlük təlim-məşq toplanışı keçirilir. “Bilirəm ki, güləşsevərlər idmançılarımızdan yüksək nəticələr gözləyir. Amma əvvəlcədən nə isə demək çətindir. Bununla belə bütün çəki dərəcələrində qızıl medallar uğrunda mübarizə aparacağıq və inanıram ki, istəyimizə nail olacağıq. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ölkədə bütün idman növlərinin inkişafına təkan verəcək. Bu mötəbər yarışın Azərbaycanda təşkilində əməyi keçən hər bir kəsə minnətdar olmalıyıq”. Tarixdə ilk dəfə təşkil olunacaq birinci Avropa Oyunlarının güləş yarışlarında qitənin ən güclü 480 pəhləvanı 24 dəst medal uğrunda mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info