“Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir”
Tarix: 15.05.2015 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Futbolçu kimi həmişə qalib olmuşam. Çalışıram ki, məşqçi kimi oyunçularıma da buna nail olmağa kömək edib, Azərbaycanı qalib komandaya çevirim”.
Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis “goal.com” saytına açıqlamasında yığmamızdakı fəaliyyətindən danışıb. Prosineçki millimizlə AVRO-2020-nin final mərhələsində iştirak etmək arzusunu açıqlayıb: “Azərbaycan futbolunda potensial olduğunu hesab edirəm. Gənc futbolçular var, infrastruktura da yatırımlar edilir. Azərbaycan futbol ölkəsinə çevrilmək istəyir. Bu istiqamətdə müəyyən irəliləyiş də əldə edilib. AVRO-2020-nin final mərhələsində çıxış etmək çox vacibdir. Bəzi oyunlarının Bakıda keçiriləcəyi yarışın final mərhələsində oynamaq Azərbaycan üçün ideal olardı. Əlbəttə, biz bir sıra nəticələr imza atmalıyıq ki, ölkədə futbola maraq daha da artsın. Azərbaycan idman ölkəsidir, burada futbolu da sevirlər”.
Prosineçki gələn ay Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı fikirlərini də açıqlayıb, yarışın əhəmiyyətini qeyd edib: “Avropa Oyunları kimi mötəbər yarışa ev sahibliyinin edilməsi infrastrukturunun daha da yaxşılaşmasına səbəb olub. Yeni stadionlar tikilib, bir çox başqa məsələlərdə irəliləyiş əldə edilib. Bakı özü də yaşamaq üçün ideal Avropa şəhəridir. Əminəm ki, Avropa Oyunları təkcə futbolun deyil, bütövlükdə idmanın inkişafına kömək edəcək”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info