“Almaniya Bundestaqının üzvləri Avropa Oyunlarını izləmək üçün Bakıya gələcək”
Tarix: 15.05.2015 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Bundestaqının Cənubi Qafqaz dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüşdə Milli Məclisin sədri Oqtay Əsədov bu cür səfərlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verəcəyini deyib.
O bildirib ki, Azərbaycan ilə Almaniya arasında dərin tarixi köklər mövcuddur.
İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının mühüm rolu var. Azərbaycan Avropa İttifaqına üzv ölkələr, xüsusilə də Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Oqtay Əsədov Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, Cənubi Qafqaz iqtisadiyyatında ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür. Ölkəmiz regionda həyata keçirilən nəhəng layihələrin həm iştirakçısı, həm də təşəbbüskarıdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP layihələrinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətinə toxunan Milli Məclisin sədri Ermənistanın işğalçılıq siyasətinin həm Azərbaycan, həm də bütün region ölkələri üçün təhlükə törətdiyini vurğulayıb. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan rəhbərliyi təcavüzkar mövqeyindən geri çəkilmir, münaqişənin dinc yolla həllinə maraq göstərmir. Gələn il ATƏT-ə Almaniyanın sədrlik edəcəyinə diqqəti cəlb edən Oqtay Əsədov bu münaqişənin həllinə Almaniyanın dəstək verəcəyinə inandığını söyləyib. Milli Məclisin sədri Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunacağını, bunun üçün bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bəzi dairələr tərəfindən bu Oyunlar ərəfəsində ölkəmizə qarşı qərəzli çıxışlar edilməsinə toxunaraq deyib ki, Bakıya gələn hər kəs ölkəmizin bütün sahələrdə inkişafının şahidi olacaq və Azərbaycana qarşı aparılan kampaniyanın əsassız olduğunu görəcək. Nümayəndə heyətinin rəhbəri xanım Karin Ştrenz Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb. O, Almaniya Bundestaqının üzvlərindən ibarət böyük nümayəndə heyətinin birinci Avropa Oyunlarına tamaşa etmək üçün Bakıya gələcəyini diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, bu Oyunlarda iştirak edəcək şəxslərdə Azərbaycan haqqında yüksək təəssürat yaranacaq və onlar yenidən Bakıya gəlmək istəyəcəklər. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyinə toxunan Karin Ştrenz qeyd edib ki, Ermənistan işğalçı ölkədir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu işğal altında saxlayır. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info