“Avropa Oyunlarına Rusiyanın ən məşhur idmançıları göndəriləcək”
Tarix: 15.05.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Rusiya Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukov APA-ya bildirib ki, son vaxtlar dəfələrlə Bakıda olub və şəhər genişmiqyaslı idman yarışının keçirilməsinə əla hazırlaşıb: “İdman arenaları, idmançılar və rəsmi nümayəndələr üçün yaşayış şəraiti, bütün infrastruktur ən yüksək tələblərə cavab verir. Ümumiyyətlə, bu, təəccüblü deyil. Belə ki, Azərbaycan son illərdə dəfələrlə müxtəlif siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edib və bunu hər zaman yüksək səviyyədə həyata keçirib. Hesab edirəm ki, birinci Avropa Oyunlarının ideya müəlliflərinin Bakının bu yeni idman turnirini layiqincə keçirəcəyinə heç bir şübhəsi olmayıb, hətta baxmayaraq ki, hazırlıq müddəti çox qısa olub. Mən "Bakı-2015" Təşkilat Komitəsinə və Azərbaycan paytaxtında iştirak edəcək Avropanın ən yaxşı idmançılarına uğurlar arzulamaq istərdim”. Aleksandr Jukov qeyd edib ki, Rusiya komandası birinci Avropa Oyunlarına tam məsuliyyətlə hazırlaşır: “Komandanın tərkibinin formalaşdırılmasına hələ keçən ildən başlanıb. Tezliklə Rusiya Olimpiya Komitəsi yekun siyahını təsdiq edəcək. Lakin indi təxminən 350 idmançımızın Bakıya gedəcəyi məlumdur. Rusiya birinci Avropa Oyunlarında böyük sayda iştirakçı ilə təmsil olunacaq. Avropa Oyunlarına Rusiyanın ən məşhur idmançıları göndəriləcək. Bizim çox yaxşı ənənəmiz var. Bu, böyük yarışlarda “Rusiya Komandası Evi”ni açmaqdır. Belə evdən biz Bakıda da açacağıq. Orada bizim birgə idman tariximiz təqdim olunacaq. Əminəm ki, bu layihə Azərbaycan paytaxtının sakinlərini, eləcə də rusiyalı azarkeşlər də daxil olmaqla, Avropa Oyunlarının çoxsaylı qonaqlarını maraqlandıracaq”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info