“Nil Əl-Əxbar” televiziyasında “Bakı-2015” haqqında danışılıb
Tarix: 15.05.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan “Nil Əl-Əxbar” televiziya kanalına müsahibə verib.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ş.Abdullayev çıxışında 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə mübarizə aparacağını tamaşaçıların diqqətinə çatdırıb.
Azərbaycanın Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında 10 medal qazandığını qeyd edən səfir dünyanın 200-dən artıq ölkəsi arasında ölkənin 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri tutduğunu bildirib.
Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan Ş.Abdullayev son on il ərzində ölkədə 40-dan çox idman olimpiya kompleksinin inşa edildiyini qeyd edib.
Bundan başqa, səfir 2017-ci ildə Azərbaycanın “İslam Həmrəyliyi Oyunları”na ev sahibliyi edəcəyi barədə də məlumat verib.
Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinə sahib olduğunu, eyni zamanda İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu qeyd edən Ş.Abdullayev ölkəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası, Dinlərarası və Sivilizasiyalararası Forumlar barədə məlumat verib, dinc yanaşı yaşama tərzinin və tolerantlıq səviyyəsinin Azərbaycanda yüksək olduğunu diqqətə çatdırıb.
Azərbaycanda “Bakı 2015” ilk Avropa Oyunlarının keçirilməsinin başlıca səbəblərinə toxunan səfir ölkənin iqtisadiyyatının son illərdə surətlə inkişaf etməsinə toxunaraq, təbii sərvətlərdən, neft və qazdan əldə olunan gəlirlərin düzgün idarəçilik siyasəti əsasında digər sahələrin inkişafına yönəldilməsini, dünya ölkələri ilə əməkdaşlıq etdiyini, keçirilən olimpiya yarışlarında azərbaycanlı idmançıların nailiyyətlər əldə etməsini qeyd edib. Diplomat bununla da ölkəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail olduğunu vurğulayıb. Digər tərəfdən, “Bakı 2015” ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin dünya ölkələrinin diqqətini cəlb etmək, eyni zamanda ölkənin həm idman, həm də turizm sahələrini inkişaf etdirmək, iştirak edən ölkələr arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıdığını da qeyd edib.
Səfir Ş.Abdullayev Azərbaycanın surətlə inkişaf etməsinə baxmayaraq, ölkəsinin qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu vurğulayıb. O, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd edib, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş 4 qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirib.
Veriliş zamanı Azərbaycanın son illər yüksək inkişaf tempini və “Bakı 2015” ilk Avropa Oyunları ilə bağlı ölkədə həyata keçirilən hazırlıq işlərini əks etdirən video çarxlar nümayiş etdirilib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info