Gənclər Qubada dövlət proqramını müzakirə ediblər
Tarix: 15.05.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Quba şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşəbbüsü, Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı ilə bağlı ictimai müzakirə keçirilib. Tədbirdə Quba rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Mustafa Nöhbalayev, ARGTMŞ-ın üzvü olan “Nurlu Sabah” Uşaq-Gənclər təşkilatının sədri Ramin Xudayev, “Yurd” Gənclərinin İntelektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və Quba şəhərinin ali təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının nümayəndələri iştirak ediblər.
ARGTMŞ-ın təşəbbüsü ilə silsilə şəkildə təşkil olunan ictimai müzakirələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"na əsasən 2016-2020-ci illəri əhatə edən Proqramına təkliflərin toplanılması məqsədilə həyata keçirilir.
Görüş zamanı iştirakçılar tərəfindən Dövlət Proqramının “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq maddələr üzrə müzakirələr aparılıb və “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflər səsləndirilib. ARGTMŞ-ın təşəbbüsü ilə “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramına təkliflərin toplanılması ilə bağlı silsilə tədbirlər davam edir. İctimai müzakirələr zamanı səsləndirilən təkliflər toplanaraq sistemləşdiriləcək və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təqdim olunacaq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu
18.03.2019
“Bu Novruz sənə nə gətirsin?”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info