Müzəffər Həsənov küçəsinin bağlı olan hissəsi sabahdan açılır
Tarix: 15.05.2015 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi"Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri davam etdirilir.
"Azəryolservis"dən verilən məlumata görə, kompleks tədbirlərdən biri Yasamal rayonu Müzəffər Həsənov küçəsində həyata keçirilir.
Bir müddətdir nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanan Müzəffər Həsənov küçəsinin Moskva prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinə qədər olan 300 metrlik hissəsi sabahdan tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.
Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınıb, yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə 6500 kvadrat metrlik hissədə yeni asfalt örtüyü salınıb, yol boyu səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçirilib.
Bundan öncə işlər Müzəffər Həsənov küçəsinin Şərifzadə küçəsinin kəsişməsindən Dadaş Bünyatzadə küçəsinin kəsişməsinədək olan 350 metrlik hissəsində aparılıb. Sözügedən ərazidə də “Azəryolservis” ASC tərəfindən anoloji işlər görülüb. Burda təqribən 4500 kvadrat metrlik əraziyə yeni asfalt-beton örtüyü döşənib. Müzəffər Həsənov küçəsinin hər iki hissəsində ümumilikdə 1 min paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin 11 baxış qapağı dəyişdirilib.
Analoji işlərin küçənin Dadaş Bünyadzadə küçəsi ilə kəsişməsindən “Şamaxinka” ərazisinə qədər olan hissəsində də aparılması nəzərdə tutulub. Bu məqsədlə sözügedən ərazi nəqliyyat vasitələrinin hərəkəti üçün sabahdan etibarən bağlanacaq.
Təmir-tikinti işlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info