İnformatika üzrə X Ümumrespublika Olimpiadasının qalibləri mükavatlandırıldı
Tarix: 15.05.2015 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş “İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri” mövzusunda II Respublika elmi-praktiki konfransı keçirilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Qeyd edək ki, olimpiadanın 5 aprel 2015-ci il tarixində Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində Respublikanın 16 ali təhsil müəssisəsindən 55 komanda (hər komandada 3 nəfər) iştirak edib. Bu ildən tətbiq olunan yeni qaydalara əsasən birinci mərhələdə iştirak edən ali təhsil müəssələrinin ən yüksək nəticə göstərən bir komandası (12 ali təhsil müəssisəsindən 12 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Olimpiadanın final mərhələsi 02.05.2015-ci il tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib. Finalda Qafqaz Universitetinin “Qafqaz Programmers" komandası 1-ci, Azərbaycan Texniki Universitetinin “AzTU1” və ADA Universitetinin “ADA U4” komandaları 2-ci, Milli Aviasiya Akademiyasının “NAA50”, Azərbaycan Dövlət Neft Akademiyasının “ADNA1” və Bakı Ali Neft Məktəbinin “BHOS1” komandaları isə 3-cü yerə layiq görülüb.
Tədbirdə olimpiadanın qalibləri HP və Nar Mobile şirkətlərinin qiymətli hədiyyələri və fəxri fərmanlarla təltif edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info