Belarus Milli Olimpiya Komitəsində birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib
Tarix: 15.05.2015 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Belarus Milli Olimpiya Komitəsində (MOK) Bakıda birinci Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Belarus MOK-un mətbuat xidməti xəbər verir ki, tədbir çərçivəsində Belarus idmançılarının nümayəndə heyətinin təqdimatı olub.
Mətbuat konfransı Azərbaycanın Minskdəki səfirliyinin təşəbbüsü ilə keçirilib. Belarus MOK, habelə İdman və Turizm Nazirliyi bu ideyanı dəstəkləyiblər.
Tədbirdə birinci Avropa Oyunlarında təmsil olunacaq idman növləri üzrə komandaların idmançıları və məşqçiləri, habelə Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırov iştirak edib.
Mətbuat konfransında, həmçinin Azərbaycan səfirliyinin, Belarus MOK-un, habelə İdman və Turizm Nazirliyinin, Minskdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və jurnalistlər iştirak ediblər.
Birinci Avropa Oyunlarının təşkilinə görə Azərbaycana səmimi təşəkkür edən Belarus MOK-un birinci vitse-prezidenti Maksim Rıjenkov ümidvar olduğunu bildirib ki, belaruslu idmançılar layiqincə çıxış edəcək. O deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Avropada bu miqyasda forumun keçirilməsi ideyasını dəstəkləyənlərdən biri olub. M.Rıjenkov deyib ki, Oyunların məhz Bakıda keçirilməsi onu çox sevindirir, çünki Belarus ilə Azərbaycan arasında davamlı və möhkəm münasibətlər mövcuddur. O, Azərbaycanda idman obyektlərinin hazırlıq dərəcəsinin və qonaqpərvərlik səviyyəsinin böyük təəssürat doğurduğunu vurğulayıb.
Belarus idman və turizm nazirinin birinci müavini Aleksandr Qaqiyev qeyd edib ki, Belarus milli yığması birinci Avropa Oyunlarına ciddi hazırlaşır. O deyib ki, Bakıya 152 idmançı gedəcək, onlar 23idman növü üzrə yarışacaqlar. İdmançılar arasında Olimpiya çempionları, dünya və Avropa çempionatlarının qalibləri ilə yanaşı, gənc idmançılar da var.
Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə görüşün təşkilinə və birinci Avropa Oyunlarına hazırlıq işlərində Azərbaycanı dəstəklədiklərinə görə Belarus MOK-un baş katibi Anatoli Kotova və Maksim Rıjenkova təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan keçmişin ənənələrini və Belarus ilə möhkəm tarixi təmələ söykənən ikitərəfli qardaşlıq münasibətlərini qiymətləndirir. Səfir vurğulayıb ki, Azərbaycan tolerantlıq və multikulturalizm örnəyidir, iki qitənin kəsişməsində yerləşən, uzun əsrlər boyu Avropa ilə Asiyanın arasında körpü rolu oynayan zəngin tarixlə malik ölkədir.
Diplomatik nümayəndəliyimizin başçısı bildirib ki, Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir, dövlətin idmana dəstəyinin, atletlərin uğurlarının, idman infrastrukturunun və bütövlükdə ölkə iqtisadiyyatının inkişafının təsdiqidir. Səfir bəyan edib ki, Bakı iki il yarım sürən hazırlıq işlərindən sonra bu Oyunları qəbul etməyə və yüksək səviyyədə keçirməklə, Avropa Oyunlarının gələcək standartını müəyyən etməyə artıq hazırdır.
Azərbaycan səfiri Belarus nümayəndə heyətinə xatirə suveniri təqdim edib. Hədiyyəni nümayəndə heyəti adından Olimpiya çempionu Aleksandr Boqdanoviç qəbul edib.
Sonra idman növləri üzrə komandaların təqdimatı olub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info