Tələbə və müəllimlərin hesabat konserti
Tarix: 15.05.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Fortepiano kafedrasının müəllim və tələbələrinin hesabat konserti olub Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Fortepiano kafedrası universitet kollektivini növbəti hesabat konserti ilə sevindirib. Əvvəlcə Fortepiano kafedrası haqqında, həmin kafedranın müəllimi Nazilə Qardaşbəyova məlumat verib. Hesabat konsertinin proqramında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Faiq Sücəddinov, Cahangir Cahangirov, Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Rauf Hacıyevin ölməz bəstələri, habelə dünya klassiklərindən Pyotr Çaykovski, Volfqanq Amadey Motsart, Frederik Şopen, Frants Yozef Haydn və başqalarının məşhur əsərləri səsləndirilib. İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Mübariz Əsgərov, Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının müdiri Kamal Əhmədov, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Rəna Cəfərova konsertlə bağlı fikirlərini bölüşüblər. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən danışıb və Fortepiano kafedrasının müdiri, Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, professor Səidə Məmmədovanın gərgin əməyinin nəticəsində ərsəyə gələn, hesabat konsertində tələbələrin musiqi hazırlığından, səhnə mədəniyyətindən razılığını bildirib: “Üz tutduqları zəngin proqram və yüksək ifaçılıq məharəti əsl mənada tələbə-ifaçıların və eləcə də onların müəllimlərinin zəhmətinin nəticəsini bir daha təsdiq edir”. Rektor, bu cür konsertlərin keçirilməsinin nə qədər böyük əhəmiyyəti olduğunu vurğulayıb, müəllim və tələbələrə gələcəkdə repertuarlarını daha da genişləndirməyi tövsiyə edib.

Mina Qasımova NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info