Avropa Sambo Federasiyasının konqresində Avropa Oyunları müzakirə edilib
Tarix: 15.05.2015 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Beynəlxalq Sambo Federasiyasının (BSF) rəsmi saytında yer alan məlumata görə, Xorvatiyanın Zaqreb şəhərində Avropa Sambo Federasiyasının (ASF) konqresi keçirilib. Konqresdə Avropanın 29 milli sambo federasiyasının nümayəndələri iştirak edib.
Birinci Avropa Oyunları konqresdə əsas müzakirə mövzularından biri olub. ASF-nin prezidenti Sergey Yeliseyev qarşıdan gələn irimiqyaslı idman hadisəsindən söz açıb.
O deyib: “Bakıda Avropa Oyunları çərçivəsində sambo turnirində Avropanın 20 ölkəsindən 72 samboçu iştirak edəcək. Ola bilsin, ölkələrin sayında dəyişiklik olacaq. İndi Bakıda gözəl infrastruktur yaradılıb, rahat idman kəndi inşa edilib, bütün samboçular, eləcə də hakimlər məxsusi hazırlanmış gözəl idman forması ilə təchiz ediləcəklər”.
O bildirib ki, idmanın bu növünün Oyunların proqramına daxil edilməsi dünya və Avropa sambosu üçün böyük uğurdur. Bu Oyunlar avropalı samboçular üçün mühüm start, ASF üçün yeni inkişaf imkanıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info