Bəxtiyar Vahabzadə küçəsinin bir hissəsində aparılan təmir-tikinti işləri sabah yekunlaşır
Tarix: 15.05.2015 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün kompleks tədbirlər həyata keçirilir. Artıq küçənin Hüseyn Cavid prospekti ilə kəsişməsindən Mətbuat prospektinin kəsişməsinədək olan 517 metrlik hissəsində asfalt-beton örtüyünün son qatı salınır. İşlərin tam olaraq sabah yekunlaşması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə səfərbər olunub.
Eni 13.4 metr olan küçənin sözügedən hissəsində 2110 kvadrat metr sahə əsaslı, 4918 kvadrat metr sahə isə orta təmir olunub. 8+7 santimetr olmaqla 2110 kvadrat metr sahəyə alt asfalt qatı, ortalama 5 santimetr olmaqla 6928 kvadrat metr sahəyə isə üst asfalt qatı döşənib.Bundan başqa ərazidə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, 420 paqon-metr səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 11 baxış qapağı dəyişdirilib.
Analoji işlər küçənin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospektinin kəsişməsinədək olan təqribən 300 metrlik hissəsində də aparılır. Eni 10 metr olan küçənin sözügedən hissəsində təqribən 1 min kvadrat metrlik hissəsində əsaslı, qalan 2 min kvadrat metrlik hissədə isə orta təmir işləri həyata keçirilir, yol boyu 300 paqon-metr səki daşı yenilənib. Bundan başqa ərazidə kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək, yağış barmaqlıqları yerləşdiriləcək. İşlər tərtib olunmuş qrafik əsasında həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün lazım olan sayda texnika və canlı qüvvə səfərbər olunub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmağa çağırır
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info