“WirtschaftsWoche Heute”: “İnkişaf etmiş ölkələrdə borclar üzündən iqtisadi artım zəifləyib”
Tarix: 15.05.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


“Böyük borclar qlobal artıma mane olur. Bu isə müxtəlif ölkələrin mərkəzi banklarına təzyiq göstərir”

Almaniyanın “WirtschaftsWoche Heute” media qurumu dünyada iqtisadi böhrana aid maraqlı yazı yazıb. Belə qeyd edilir ki, dünya iqtisadiyyatı dövriyyəni itirir: “Böyük borclar qlobal artıma mane olur. Bu isə müxtəlif ölkələrin mərkəzi banklarına təzyiq göstərir. Bizi yaxın gələcəkdə pul böhranı gözləyirmi?”
Müəllif Malte Fischer bildirir ki, dünya ökələri içərisində təkcə Almanya iqtisadi baxımdan çox güclüdür və digərləri bu baxımdan asılıdır: “Digər ölkələrlə müqayisədə, alman iqtisadiyyatı çox sanballıdır. Hara baxırsan, konyunktura bütün böyük ölkələrdə son zamanlar bir az da pisləşir: ABŞ, Çin və Böyük Britaniyada artım yavaşıyıb. Bir çox mərkəzi banklar tərəfindən qəbul edilmiş pul emissiyalarının dünya iqtisadiyyatına yardım edəcəyi ilə bağlı ümidlərsə, sən demə, xülya imiş.
Qlobal iqtisadi artımın yavaşıması, ilk növbədə, borcla yüklənmələrlə bağlıdır. Belə ki, sadə vətəndaşlar, hökumətlər, sahibkarlar və banklar bu yükün altına giriblər.
Onlar öz vəsaitlərini yatırmaq və maddi rifah əldə etmək yerinə, bu pulları köhnə borcların qaytarılmasına xərcləyirlər. Bu isə konyunkturanın inkişafını zəiflədir. Dünya kredit tsikli borcların son onillikdə sürətlə artmasına səbəb olub”.
İndi isə bu borcları ödəmək lazım gələcək ki, bu da da uzun illər tələb edir. Bu barədə isə “Flossbach von Storch Research Institute” qurumunun banisi Tomas Mayer bildirib. Qlobal borcların nə qədər böyük olduğu ilə bağlı “McKinsey Global Institute”un ekspertləri araşdırma aparırlar: “Söhbət 200 trilyon dollardan gedir ki, bu da dünya Ümumdaxili Məhsulunun 286 faizini təşkil edir.
Bu məbləğ dünya maliyyə böhranının başlanğıcından bu yana 57 trilyon dollar artıb: “Ümumiyyətlə, gözlənilirdi ki, böhrandan sonra borclar azalacaq, amma onlar bundan sonra bir az da artdılar”. Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da vətəndaşların, bankların və müəssisələrin borcları 2007-ci ildən bu yana həqiqətən də azalıb. Amma ABŞ-ın dövlət borcu artıb. ABŞ-da iqtisadiyyatın bütün sektorlarının borcla yüklənməsi ÜDM-nin 269 faizini təşkil edir.
Bununla yanaşı, ABŞ-da vətəndaş və şirkətlərin borcları yenidən artmağa başlayıb. Aşağı faizli yatırımlara baxmayaraq, banklar gəlir əldə etmək üçün özlərinə xeyli kredit riskləri cəlb ediblər: “ABŞ-da banklar müştərilərə böyük borclarla kreditlər verirlər ki, burada ödəmə qabiliyyəti də şübhəli hesab edilir. Bundan başqa, onlar müştəriləri sərfəli şərtlərlə cəlb edirlər”.
Ötən il ABŞ-da bütün istehlakçı kreditlərinin 41 faizi müştərilərə şübhəli ödəmə qabiliyyəti əsaslarıyla(yüksəkriskli kreditlər) verilib. Əgər maliyyə böhranına qədər insanlar kreditləri yaşayış yeri almaq üçün götürürdülərsə, indi onlar əsasən, avtomobil alırlar.
2010-cu ildən avtomobil kreditərinin sayı iki dəfə artıb.
Avtomobil bumu özəl kreditləri dəstəkləyir – bunsuz iqtisadiyyat birinci rübdə aşağı düşərdi.
O da qeyd edilir ki, əgər işlər belə gedərsə, stabil artımdan danışmaq yersiz olardı. Son üç ildə iqtisadi artımın əsas göstəricisi olan istehsalın artımı orta hesabla bir faizdən aşağı olub. Bu həm də ondan irəli gəlir ki, amerikan fabrik və zavodlarında təchizat və avadanlıq köhnəlib. 2015-ci ilin ilk üç ayında amerikanlar aktiv neft buruqlarından 25 faizini bağlayıblar. “Commerzbank” ekspertlərinin fikrincə, bu, amerikan iqtisadiyyatına 0,5 faizə başa gəlib.
“Flossbach von Storch”un direktoru Mayer isə amerikan iqtisadiyyatı məsələsində daha skeptikdir: “Borcların ağırlığı ABŞ iqtisadiyyatının artımına hələ uzun illər mane olacaq”. Onun fikrincə, uzunmüddətli perspektivdə ABŞ iqtisadiyyatı ildə 2 faizdən çox artmayacaq.
O da qeyd edilir ki, dünyanın ikinci böyük iqtisadiyyatı olan Çində də vəziyyət yaxşı deyil. Bu ilin birinci rübündə Çin iqtisadiyyatı cəmisi 7 faiz artıb. Çində borcla yüklənmə ÜDM-nin 282 faizini təşkil edir.
Çin müəssisələrinin kredit borcları isə ÜDM-nin 125 faizini təşkil edir.
Bildirilir ki, 2007-ci ildən bu yana yığılan borcların demək olar ki, yarısı inkişaf edən ölkələrin payına düşür. O da bildirilir ki, inkişaf etməkdə olan ölkələrin borc içində olması Almaniya ekspertləri üçün pis xəbərdir: “Çünki Almaniyanın 40 faizlik ixracı məhz inkişaf etməkdə olan ölkələrin payına düşür”.

Qeyd edilir ki, avrozona ölkələri bu il 1,5 faizlik artıma çata bilərlər, amma bu, bir sıra iqtisadi məsrəfləri və borcları nəzərə aldıqda, olduqca azdır. 2000-2007-ci illərdə avrozonada borclar ÜDM-nin 130 faizindən 170 faizinə qədər artıb. İndiyə qədər isə bu göstərici cəmi 161 faizə qədər düşüb. Ekspertlər bildirir ki, Avropa Mərkəzi Bankı bu göstərici ilə konyunkturaya əsaslı təsir göstərə bilməz.
Maraqlı məqamlardan biri odur ki, ekspertlərin fikrincə, həll edilə bilməyən borc böhranı psixoloji səbəblərdən pul böhranına gətirib çıxara bilər: “İnsanlar pullara etibarı itirə bilərlər”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info