Səlahət Ağayev təklif aldığı klubun adını açıqlayıb
Tarix: 16.05.2015 | Saat: 01:37:00 | E-mail | Çapa göndər


Gələn mövsüm iddialı olmağı qarşısına məqsəd qoyan “Xəzər Lənkəran” transfer çalışmalarına artıq başlayıb. “Ağ-yaşıllar”ın hədəfində olan futbolçulardan biri də “İnter”in qapıçısı Səlahət Ağayevdir.
Paytaxt klubunda ciddi maliyyə problemi olduğundan, mövsümün sonunda əksər oyunçular komandanı tərk edəcək. “Bankirlər”lə vidalaşacağı gözlənilən futbolçulardan biri də məhz Səlahətdir. Milli komandamızın qolkiperi özü də saytımıza açıqlamasında “Xəzər Lənkəran”dan təklif aldığını etiraf edib: “Nə gizlədim, “Xəzər Lənkəran”dan zəng vurub, məni komandaya dəvət ediblər. Amma “İnter”də vəziyyətin necə olacağını hələ bilmirəm. “Xəzər Lənkəran” rəhbərliyinə söz verdim ki, “İnter”də vəziyyət düzəlməsə, ilk olaraq onlarla görüşəcəm. Mövsümün sonuna artıq 3 tur qalıb. Bu oyunlardan sonra transfer məsələsinə baxacam”. Qeyd edək ki, Səlahət Ağayev məhz “İnter”in yetirməsidi və 2008-ci ildən bu klubun formasını geyinir.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı start götürüb
24.05.2019
Marçello Lippi yenidən futbol üzrə Çin millisinin baş məşqçisi təyin olunub
24.05.2019
“Manchester City“dən Qvardiola açıqlaması - “yalandır“
24.05.2019
Ya Neymar gedəcək, ya da Mbappe
24.05.2019
Ona bir heykəl stadionda, biri də Peresin bağında ucaldılmalıdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info