Rusiya və Qərb arasında Balkan savaşı
Tarix: 16.05.2015 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


ABŞ-ın Serbiya baş nazirini ölkəsinə dəvətindən sonra, Rusiya səfiri də Dmitri Medvedevin səfər dəvətnaməsini Serbiya rəsmisinə təqdim edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belqrada səfər edib. Onun Serbiya rəhbərliyi ilə danışıqları zahirən standart xarakter daşısa da, bu səfər fundamental əhəmiyyət kəsb edir. Belə ki, bu görüş Serbiya uğrunda Rusiya ilə Qərb arasında gedən mübarizənin kəskin intensivləşdiyi zamanda baş verir.

Əsas Balkan ölkəsi hesab edlən Serbiyanın siyasi baxımdan hansı istiqamətə üz tutacağı böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, Sergey Lavrovun Belqrad səfəri haqqında razılaşma aprel ayının ortalarında onun serbiyalı həmkarı Ivica Daçiçlə telefon danışığı zamanı əldə olunub. Səfər çərçivəsində keçirilən görüşlərdə ölkələr arasında ikitərəfli əlaqələr və Serbiyanın ATƏT-ə sədrliyi məsələləri müzakirə olunur. Xatırladaq ki, Lavrovun Belqrad səfəri, bu ölkənin xarici işlər naziri Daçiçin iyunda Kiyevə planlaşdırılan səfəri ilə əlaqələndirilsə də, serbiyalı nazir bunu inkar edib. Onu da xatırladaq ki, Rusiya ilə Serbiya xarici işlər nazirləri arasındakı telefon danışığından sonra ABŞ-ın bu ölkədəki səfiri Maykl Kirbi baş nazir Aleksandr Vuçiçə ölkəsinin vitse-prezidenti Cozef Baydenin səfər dəvətnaməsini təqdim edib. Diplomatik qaynaqlar Vaşinqtonun serbiyalı baş nazirə tələsik dəvətini Rusiyanın bu ölkədə, ümumiyyətlə Balkanlarda təsirinin güclənməsi ilə əlaqələndirirlər. Nüfuzlu Serbiya nəşri olan “Blitz”ə görə, serbiyalı baş naziri Ağ Evdə əsasən Rusiya ilə bağlı mövzuların müzakirəsi gözləyir. Nəşrin ehtimalına görə, bu mövzular arasında Serbiyanın ATƏT-ə sədrlik məsələsi, Kosovo, Rusiyanın Balkanlarda təsir gücü və çox ehtimal ki, “Cənub axını”na alternativin mümkünlüyü, Serbiyanın NATO ilə əməkdaşlığı, ölkə iqtisadiyyatına ABŞ-ın investisiya yatırması məsələləri müzakirə oluna bilər. Qeyd edək ki, Belqrad neytrallıq siyasətini davam etdirsə də son vaxtlar NATO ilə münasibətlərdə əhəmiyyətli irəliləyişlərlə nail olub. Belə ki, bu ilin mart ayında Serbiya NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı imzalayıb. Əməliyyat planına görə, Serbiya ehtiyac duyarsa NATO-nun hərbi infrastrukturundan istifadə edə bilər. Bununla yanaşı, son zamanlar Serbiya ilə Avropa Birliyi arasında yaxınlaşma da müşahidə edilir. Ötən ay Serbiya Avropa Birliyinin mülki müdafiə mexanizminə qoşulub. Bu isə Nişedəki Rusiya-Serbiya humanitar mərkəzinin genişləndirilməsi perspektivini sual altinda qoyur. ABŞ-ın Serbiya baş nazirini ölkəsinə dəvəti Moskvanın diqqətindən kənarda qala bilməzdi. Rusiyanın bu ölkədəki səfiri Aleksandar Çepurin dərhal Rusiya baş naziri Dmitri Medvedevin səfər dəvətnaməsini Serbiya rəsmisinə təqdim edib. Serbiyalı ekspertlər hesab edir ki, Belqrad Rusiya ilə Qərb arasında balansı qorumaqda davam etməlidir: “Serbiya çətin ki, neytrallıq mövqeyindən boyun qaçıra bilsin. Həm Rusiya, həm də Qərblə qarşılıqlı fəaliyyət göstərilməlidir. Onlar isə Serbiyanı öz düşərgələrinə çəkməyə çalışacaqlar. Əlbəttə, Qərb və Rusiya arasında balanslaşdırılmış xarici siyasət aparmaq o qədər də asan deyil. Amma bu, Serbiya üçün yeganə variantdır”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info