“Makedoniyada baş verənlər bu ölkənin “Türk axını”na dəstəyi ilə əlaqəli ola bilər”
Tarix: 16.05.2015 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


"Rusiya Avropa İttifaqını Balkanlardakı narahatedici terror aktlarına diqqət ayırmağa çağırır". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belqradda Serbiya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiçlə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz ATƏT-in Balkanlarda aktiv rol oynamasında maraqlıyıq. Makedoniyada baş verən son hadisələr bizi çox narahat edir. Kosovodakı vəziyyət də heç də nikbinlik vəd etmir. Albaniya rəhbərliyinin "Böyük Albaniya" konsepsiyası əsasında alban dövlətinin yaradılması haqqında bəyanatları narahatlıq doğurur. Bu, ATƏT-in əsas prinsiplərinə və ötən illərdə Balkanlardakı böhranın tənzimlənməsinə dair əldə olunmuş razılıqlara ziddir" - deyə S. Lavrov söyləyib. Nazir “İŞİD”in artıq bu regionda fəallıq göstərməyə başladığını söyləyib. Rusiya XİN başçısı Makedoniyada baş verən son hadisələrin rəsmi Skopyenin Rusiyaya qarşı sanksiyalardan imtina etməsi və hökumətin "Türk axını" qaz kəmərinin tikintisinə verdiyi dəstəklə də əlaqəli ola biləcəyini vurğulayıb: "Ona görə də, biz Makedoniyada baş verən hadisələrin bununla hansısa bir əlaqənin olduğu hissindən vaz keçə bilmirik. Biz Makedoniya hakimiyyətinin fəaliyyətini dəstəkləyirik və bütün siyasi qüvvələri dialoqa çağırırıq".




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib
22.01.2019
Azərbaycanlı deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info