“BOK-un əksər üzvləri “Bakı-2015”-in açılışında iştirak edəcək”
Tarix: 16.05.2015 | Saat: 02:00:00 | E-mail | Çapa göndər


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlərinin 2/3-nin “Bakı-2015” Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəyi bu idman tədbirinin əhəmiyyətini göstərir.
“Trend”in “Aroundtherings.com” saytına istinadən verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki deyib. AOK-un Türkiyənin Belek şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasından sonra P.Hikki bildirib: “BOK-un artıq 70 üzvü Avropa Oyunlarının iyunun 12-də keçiriləcək açılış mərasimində iştirakını təsdiqləyib”. Onun sözlərinə görə, son hazırlıqları izləmək üçün Bakıda olan AOK üzvlərinin təqdim etdiyi hesabatlar çox yaxşıdır. Yunanıstan Olimpiya Komitəsinin rəhbəri Siros Kapralos da “Bakı-2015” hazırlıqlarından razı qaldığını deyib: “Mən və bir neçə AOK üzvü son aylar ərzində Bakıya müntəzəm səfərlər etmişik və hamımız gördüklərimizdən çox razı qalmışıq”. Onun sözlərinə görə, Bakıda Oyunların infrastrukturu Olimpiya Oyunları səviyyəsindədir: “Oyunların başlamasını səbirsizliklə gözləyirəm. Bu, Avropa Oyunları konsepsiyasının möhtəşəm başlanğıcıdır”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info