“New York Times” “soyqırımı” iddialarıyla bağlı ermənilərin yalan reklamlarını çap etdi”
Tarix: 18.05.2015 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


ABŞ-ın tanınmış alimi, “erməni soyqırımı” iddiaları ilə bağlı elmi araşdırmaları ilə tanınan professor Justin McCarthy İstanbulda alimlər, jurnalistlər və QHT təmsilçiləri qarşısında çıxış edib.
O məruzə ilə çıxış edib və dinləyicilərin suallarını cavablandırıb.
XIX əsrin əvvəllərindən etibarən Qərb missionerlərinin Osmanlı imperiyası torpaqlarında məskunlaşmış ermənilərə təlim verməyə başladıqlarını xatırladan Justin McCarthy, bunun nəticəsində “erməni milliyyətçiliyi”nin gücləndiyini və 1890-cı ildə Hınçak Partiyasının yaradılmasıyla ermənilərin müsəlmanlara hücumlarının başladığını vurğulayıb. Gəlişmələrə paralel olaraq, Qərb ölkələrində və ABŞ-da “vəhşi Türk” obrazının da formalaşdırılmağa başlandığına diqqəti cəlb edən professor McCarthy, 1915-ci ildə cərəyan etmiş hadisələrin təbliğatının təməlinin də əvvəlcədən hazırlandığını deyib :”Daha əvvəl Osmanlı torpaqlarına “missioner” kimi göndərilən adamlar Osmanlı imperiyasının Şərq bölgələrində ermənilərin ruslarla əməkdaşlıq edərək yerli əhalini qətliama məruz qoymağa başlamasıyla “xüsusi müxbir”,”hərbi attaşe” və s. yarlıqlar altında oralarda çalışmalarına davam etdilər. Onların əsas vəzifəsi öz ölkələrinə yalan təbliğat materialları göndərmək idi. Britaniya baş naziri Lloyd George “erməni soyqırımı” təbliğatı aparmaq məqsədi ilə xüsusi büro qurmuşdu. 1915-ci ildə Orta Anadolunun bir vilayətində sadəcə 265 erməni öldüyü halda, yalan təbliğatlarda orada 6 min erməninin qətl edildiyi öz əksini tapırdı. Britaniya Xarici İşlər Nazirliyinin o vaxt hazırladığı hesabatların 91%-i təbliğat xarakteri daşıyırdı. Qərb mətbuatında çap edilmiş təxminən 3 min yazının da böyük çoxluğu qondarma “soyqırımı” yalandan təbliğ etməyə yönəlmişdi. 1970-80-ci illərdə ASALA terror təşkilatı Türk diplomatları qətlə yetirəndə Qərb qəzetləri o barədə xəbərlər vermək yerinə 1915-ci il hadisələrinə dair yazılar çap edirdilər”- deyə amerikalı alim sözlərinə davam edib.
1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı ABŞ-da çıxan yazıların çoxunun yalan informasiyalar üzərində qurulduğunu bildirən professor McCarthy, ABŞ-da fikir və ifadə azadlığı olmasına baxmayaraq, öz kitablarını çap etdirmək üçün illərlə problemlər yaşadığını da vurğulayıb: “New York Times” qəzeti “soyqırımı” iddialarıyla bağlı ermənilərin yalan reklamlarını çap etdi, biz isə pulunu ödəməyə hazır olduğumuz halda, o qəzet 1915-ci il hadisələri ilə bağlı reklamlarımızı yaxına qoymadı”.
Qondarma “soyqırımı” iddialarıyla bağlı Türkiyədə müxtəlif mövqeləri təmsil edən kitabların çap edildiyini xatırladan Justin McCarthy, ”Türkiyədə Dadrianın kitabı çap edilə bilir, ancaq “soyqırımı” iddiasının əleyhinə yazılmış hər hansı bir kitabın Ermənistanda çap edilə biləcəyinizi ağlınıza gətirirsinizmi?”- deyə çıxışını bitirib.

Qeyd edək ki, 1945-ci ildə anadan olmuş Justin McCarthy 1967-69-cu illərdə Ortadoğu Texniki Universiteti və Ankara Universitetində işləyib. İstanbuldakı Boğaziçi Universiteti obyektiv çalışmalarına görə, alimə Fəxri doktor titulu verib. Professor McCarthy qondarma “soyqırımı” iddialarına qarşı 2000-ci illərin əvvəllərindən başlayaraq Türkiyənin elm və tədris ocaqlarında məruzələr etməklə yanaşı, ABŞ-da qondarma soyqırımı iddialarına qarşı mübarizə aparan Türk qurumları ilə də yaxından əməkdaşlıq edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info