Niderland ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək
Tarix: 18.05.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Niderland 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev sahibliyi edəcək.
Bu haqda qərar Avropa Olimpiya Komitəsinin (AOK) Türkiyənin Bələk şəhərində keçirilən Baş Assambleyasında qəbul olunub.
AOK-a üzv olan 50 Milli Olimpiya Komitəsinin təmsil olunduğu tədbirdə Niderland Olimpiya Komitəsinin təmsilçiləri geniş təqdimatla çıxış ediblər.
AOK-un prezidenti Patrik Hikki ikinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanması münasibətilə Niderland təmsilçilərini təbrik edib və yarışların yüksək səviyyədə təşkil olunacağına əminliyini vurğulayıb. P.Hikki deyib ki, tarixdə ilk Avropa Oyunları Azərbaycanda təşkil olunacaq. Azərbaycanın paytaxtı artıq mötəbər yarışa tam hazırdır. İyunun 12-dən 28-dək bütün dünyanın diqqəti məhz Bakıya yönələcək.
Birinci Avropa Oyunlarının keçirilməsi haqda qərar 2012-ci il dekabrın 8-də AOK-un Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilib. Məhz həmin tədbirdə 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına ev sahibliyi etmək hüququ Bakı şəhərinə verilib. “Bakı-2015” ümumilikdə idmanın 20 növü üzrə keçiriləcək. Onlardan 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növüdür. İdmanın 12 növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazandıracaq.
İlk Avropa Oyunlarında Avropanın müxtəlif ölkələrindən 6 mindən artıq idmançı 17 yarış günündə 253 dəst medal uğrunda mübarizə aparacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info