“Parlamentskaya qazeta”da “Olimpiya Bakısının rekordları” adlı məqalə
Tarix: 18.05.2015 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Rusiya Federal Məclisinin Federasiya Şurasının rəsmi qəzeti olan “Parlamentskaya qazeta” nəşrində Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş geniş məqalə dərc olunub.
“Olimpiya Bakısının rekordları” sərlövhəsi altında dərc olunmuş məqalənin müəllifi “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifovdur.
Məqalədə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qəbul olunmuş qərarı şərtləndirən amillər geniş şəkildə təhlil olunub, Azərbaycanın dayanıqlı sosial-iqtisadi sistemi, sabit ictimai-siyasi vəziyyəti və eləcə də dövlətin geosiyasi və geoiqstisadi müstəvidə əldə etdiyi üstünlüklər barədə Rusiya oxucusuna ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, Azərbaycanın Cənubi Qafqaz regionunun ən qüdrətli dövlətinə çevrilməsi, təməli hələ 90-cı illərin ortalarından ümummilli liderimiz böyük Heydər Əliyev tərəfindən qoyulmuş və on ildən artıq bir vaxt ərzində Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu siyasətin nəticəsində mümkün olub. Zəngin təbii resurslardan düzgün istifadə olunması, əldə olunan gəlirlərin iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etdirilməsinə yönəldilməsinin ölkəmizə nəhəng layihələrin gerçəkləşdirilməsi üçün geniş imkanlar verdiyini vurğulayan müəllif qeyd edib ki, Azərbaycan həm qonşu ölkələrə, həm də paralel şəkildə Avropa ailəsinin üzvlərinə təminatlı transmilli layihələrdən yararlanmaq üçün əlverişli şərait yaradır.
Məqalədə Azərbaycanın belə bir böyük idman tədbirinə hazırlıq işlərini qısa müddət ərzində yekunlaşdırılması faktından da söz açılıb. Qeyd olunub ki, I Avropa Oyunlarına hazırlıq işlərini qısa bir zamanda yekunlaşdırmağın başlıca səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və istənilən məsələnin həllində qətiyyətli addımlar atmaq bacarığıdır. Eyni zamanda, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, bacarığı və işgüzarlığı ilə seçilən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu işlərə töhfəsinin əvəzsiz olduğu da xüsusi vurğulanıb.
Diqqətçəkən məqamlardan biri də odur ki, F. Yusifovun Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu barədə qeydləri də Rusiya Federasiya Şurasının – Parlamentin Yuxarı Palatasının rəsmi mətbu orqanında olduğu kimi yer alıb. Müəllif qeyd edib ki, Cənubi Qafqaz regionunda Dağlıq Qarabağ problemini yaratmaqla özünü böyük transmilli layihələrdən kənarlaşdırmış, qloballaşan dünyada əsassız torpaq iddiaları ilə özünü iqtisadı blokadaya salmış Ermənistan elə bütün bunlara görə ağır iqtisadi və sosial məhrumiyyətlərə düçar olub. Məqalədə BMT-nin məlum qətnamələrinin hələ də icra olunmadığına diqqət yönəldilərək bugünkü reallıqlar baxımından Ermənistanın bütün parametrlər üzrə Azərbaycana uduzduğu da vurğulanıb.
Məqalənin sonunda I Avropa Oyunlarını bütövlükdə Azərbaycan cəmiyyətinin tam dəstəklədiyi xüsusi qeyd olunub: “Birinci Avropa oyunlarına bütün ölkə hazırlaşır. Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti institutları, media qurumları Bakı 2015-in ətrafında birləşərək xüsusi dəstək Koalisiyası yaradıblar. Biz öz məsuliyyətimizi dərk edir, vətənimizi sevir və özümüzü onun əsil vətəndaşları hesab edirik. Yaxşı başa düşürük ki, bu oyunların yüksək səviyyədə keçirməsi Azərbaycan üçün çox əhəmiyyətlidir. Sevindirici hal budur ki, birinci Avropa oyunları öz başlanğıcını Bakıdan götürür və bununla da Bakı Avropa tarixinin yazılmasında iştirak edir”.
Qeyd edək ki, “Parlamentskaya qazeta“ sözügedən məqaləyə özünün bütöv bir səhifəsini ayırıb və oxuculara nəfis tərtibatla təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir
18.04.2019
Xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri üçün atış üzrə təlim keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info