Kənd təsərrüfatının inkişaf perspektivlərinə həsr olunmuş konfrans
Tarix: 18.05.2015 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Türkiyə Cümhuriyyətindən Ərzurum Atatürk, Qars Qafqaz və İqdır universitetlərinin, Gürcüstandan Şota Rustaveli adına Batumi Dövlət Universitetinin də təmsil olunduğu beynəlxalq konfransı universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə açıb. Rektor müasir dövrdə Azərbaycanda aparılan aqrar islahatların uğurlarından, bu sahədə dövlət strategiaysının düzgün müəyyənləşdirilməsindən, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inikişafına göstərilən dövlət qayğısından, görülən işlərdən danışıb. Qeyd olunub ki, ölkəmizdə “Kənd təsərrüfatı” ilə elan olunan cari ildə qəbul edilmiş Dövlət Proqramlarının icrası və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması hesabına muxtar respublikada əkinçilik, heyvandarlıq,quşçuluq sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib. İftixarla demək olar ki, muxtar respublika istehsal etdiyi kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə istənilən ölkə ilə rəqabətə girə bilər. Rektor kənd təsərrüfatı məhsullarının ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz məhsulların əldə olunması və satışı istiqamətində qarşıda duran vəzifələrdən söz açaraq keçirilən beynəlxalq konfransın mövcud problemlərin elmi həllində mühüm rol oynayacağını vurğulayıb. Sonra AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun “Naxçıvan Muxtar Respublikasında helmintozların qoyunçuluğa vurduğu iqtisadi zərər və onun qarşısının alınması yolları” ilə bağlı elmi məruzəsi dinlənilib. Məruzədə zərərvericilərin vurduğu iqtisadi zərərdən xilas olmaq, insanların qida vasitəsi ilə infeksion xəstəliklərə yoluxmasının qarşısını almaq üçün mövcüd olan üsullardan, qoyunların helmintozalara yoluxmamaları üçün yonca sahələrinə antihelmint bitkilərin əkilməsinin əhəmiyyətindən bəhs olunub.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev məruzə edərək regionda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı üçün əlverişli şərait yaradılmasından, əldə olunan nəticələrdən danışıb. Qeyd olunub ki, son illərdə ümumi sahəsi 105 min kvadrat metrdən artıq olan istixana kompleksləri, ümumi tutumu 12250 ton olan soyuducu anbarlar, tutumu 27000 ton olan uzunmüddətli və 43 min ton olan qısamüddətli taxıl ehtiyatı anbarları, 17 taxıl emalı müəssisəsi, 222 heyvandarlıq, 64 quşçuluq, 94 arıçılıq, 12 balıqçılıq, 68 bağçılıq və üzümçülük təsərrüfatı yaradılıb. Aparılan məqsədyönlü tədbirlər nəticəsində 2014-cü ildə muxtar respublika üzrə 103 000 ton taxıl, 41406 ton kartof, 66731 ton tərəvəz, 34339 ton bostan, 36196 ton meyvə, 14395 ton üzüm məhsulu istehsal edilib. Bütövlükdə 2014-cü ildə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 355milyon 157 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,1% çoxdur. Muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlıq məhsullarının intensiv artımına da nail olunmuşdur. Belə ki, 1 aprel 2015-ci il tarixə olan məlumata görə muxtar respublika üzrə iribuynuzlu malların baş sayı 114137, xırdabuynuzlu heyvanların baş sayı 701 min olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 1550 baş iribuynuzlu mal, 12792 baş xırdabuynuzlu heyvan artıb. Konfransın plenar iclasında AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun “Azərbaycanın Xəzər sektorunun üzvi maddələr balansının müasir ekoloji vəziyyəti”, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti rəisi Əbil Əbilovun “Naxçıvanda baytarlığın müasir vəziyyəti” mövzusunda məruzələri dinlənilib. Diskussiya şəklində keçən plenar iclas maraqlı elmi müzakirələrlə yekunlaşıb. Konfrans “Heyvandarlıq”, “Bitkiçilik və kənd təsərrüfatının iqtisadiyyatı”, “Ekologiya və ətraf mühit”, “Meyvəçilik” üzrə bölmə iclasları ilı işini davam etdirib. Konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Qonaqlar universitet kampusunu gəzib, müasir texnologiyalarla təchiz olunmuş universitet televiziyasında və digər struktur bölmələrdə olublar. Növbəti gün konfrans iştirakçıları muxtar respublikanın heyvandarlıq komplekslərində, istilikxanalarda olublar. Təsərrüfatlarla tanışılıq zamanı qonaqlar ət və süd məhsulları istehsalı, heyvan xəstəliklərinə qarşı epizootik tədbirlərin aparılması, əkin sahələrində suvarılma və becərmə işləri ilə maraqlanıblar.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info