“Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq”
Tarix: 18.05.2015 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri və uzaqgörən siyasəti sayəsində respublikamızda müstəqil dövlət quruculuğu və ölkəmizin sosial-iqtisadi inkişafı yolunda geniş miqyaslı işlər görülüb, yüksək nailiyyətlər əldə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında özünün sürətli inkişaf dövrünü yaşayan və yeni bir mərhələyə qədəm qoyan respublikamızın dinamik inkişaf edən iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda möhtəşəm, bir çox hallarda regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr həyata keçirilir.
Azərbaycan Respublikanın sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən nəqliyyat sisteminin son illər ərzindəki fəaliyyəti bütövlükdə nəqliyyat sektorunun təkmilləşdirilməsinə, əhalinin və iqtisadiyyatın daşımalara olan tələbatının tam ödənilməsinə, həyata keçirilən islahatların bu sahənin işinin daha səmərəli təşkilinə yönələrək Nəqliyyat Nazirliyinin daim diqqət mərkəzində olmuş, nəqliyyatın cari fəaliyyəti və xüsusən də qəbul olunmuş Dövlət Proqramları ilə müəyyən edilən tədbirlərin dəqiq icrası istiqamətində məqsədyönlü işlər həyata keçirilib.
2003-cü ildən başlayaraq nəqliyyat sistemində köklü islahatlar, sürtəli inkişaf və yüksəliş dövrü başlanılmışdır. Ölkəmizdə müasir nəqliyyat sisteminin formalaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, daşımaların asanlaşdırılması, təhlükəsizliyin təmin edilməsi, bütövlükdə nəqliyyat xidmətinə olan tələbatın keyfiyyətlə ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə nəqliyyat-yol kompleksində icra olunan layihələr sürətlə davam etdirilib.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin də bu sahədə xüsusi fəaliyyəti var. Xidmət avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir, avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür, qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
Son illər avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının təhlükəsizliyi, daşımaların ekoloji norma və tələbləri təmin edən yeni texnologiyalar əsasında təşkili və xidmət səviyyəsinin yüksəldilməsi, avtomobil nəqliyyatı infrastrukturunun yeniləşdirilməsi istiqamətində işlər aparılıb, taksi minik avtomobilləri ilə sərnişin daşımaları xidmətinin səviyyəsinin yaxşılaşdırılması istiqamətində də görülən işlər davam etdirilmişdir. Azərbaycan Respublikasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının inkişaf etdirilməsi və müasir tələblər səviyyəsində tənzimlənməsi, taksi daşımalarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, bu sahədə effektiv iqtisadi şəraitin yaradılmasını təmin etmək məqsədi ilə Bakı şəhərində əhalinin avtomobil nəqliyyatı ilə daşımalara olan ehtiyacının təmin olunmasının təşkili, şəhərdaxili, şəhərətrafı avtobus sərnişin daşımalarının tənzimlənməsi, daşıma xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, avtobus, taksi və yük daşımaları xidmətlərini göstərən hüquqi və fiziki şəxslərlə qanunvericilikdə müəyyən olunmuş qaydada hüquqi münasibətlərin tənzimlənməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq işlər görülüb.
Məlum olduğu kimi, 49 Milli Olimpiya Komitəsinin iştirak etdiyi Avropa Olimpiya Komitələrinin 41-ci Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilib. Bu tarixi qərarın qəbul edilməsində, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib və bu gün dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır.
I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyinin üzərinə olduqca böyük məsuliyyət düşür. Istər Oyunlara hazırlıq prosesində, istərsə də Oyunlar zamanı Nəqliyyat Nazirliyi bilavasitə Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə birgə fəaliyyət göstərmiş və nəqliyyat-yol kompleksi üzrə öhdəsinə düşən işlərin tələb olunan səviyyədə, yüksək keyfiyyətlə yerinə yetirilməsinə çalışıb. Oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş “Tədbirlər Planı”ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində nəqliyyat naziri cənab Ziya Məmmədovun birbaşa rəhbərliyi altında nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. Avtomobil yolları, avtomobil nəqliyyatı, hava və dəmir yolları, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı iri miqyasda işlər görülmüşdür. Nəqliyyat parkı yenilənmiş, paytaxta yeni avtobuslar, taksi maşınları gətirilmiş, yeni yol qovşaqları istifadəyə verilib. Bir sözlə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsinin və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
“Bakı-2015” 1-ci Avropa oyunlarının iştirakçılarına və qonaqlarına daşıma xidmətləri göstərən avtomobil sürücülərinin Nəqliyyat Nazirliyi tərəfindən hazırlanması da məhz görülmüş işlərin bir hissəsidir.
Belə ki, 1-ci Avropa oyunlarının keçirilməsi ilə əlaqədar olaraq 1509 avtobus və 1917 taksi sürücüsü barədə özündə əks etdirən siyahı və bunun əsasında hazırlanmış məlumat elektron və çap variantında hazırlanaraq Nəqliyyat Nazirliyinə və Avropa Oyunlarının Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinə təqdim olunub. Sürücülər barədə toplanılmış məlumatlar, aidiyyəti üzrə yoxlamaq üçün müvafiq orqanlara təqdim edilib.
Avtobus və taksi sürücüləri üçün təlimlərin 1-ci mərhələsi Olimpiya şəhərciyində keçirilmişdir. Avtobus sürücüləri üçün təlimlərin 1-ci nəzəri mərhələsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris-Kurs Kombinatının mütəxəssisləri tərəfindən 2015-ci il yanvarın 14-dən 28-dək, taksi sürücüləri üçün təlimlərin 1-ci nəzəri mərhələsi isə fevralın 05-dən 23-dək keçirilib. Təlimlərin 1-ci mərhələsini 851 avtobus və 1393 taksi sürücüsü müvəffəqiyyətlə başa vurublar.
Təlimlərin 2-ci praktiki sürücülük mərhələsi “Bakı Bus” şirkətinin sürücülük təlim mərkəzində keçirilib. Avtobus sürücüləri üçün təlimlərin 2-ci mərhələsi 2015-ci il 27 mart tarixindən 14 aprel tarixinədək keçirilib və göstərilən mərhələni 804 sürücü başa vuraraq müvafiq sənədlər alıblar.
Taksi sürücüləri üçün təlimlərin 2-ci mərhələsi isə 2015-ci il 27 mart tarixindən 26 aprel tarixinədək keçirilib və göstərilən mərhələni keçən sürücülərin sayı 1258 nəfərdir.
Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Bakı Sərnişin və Yük Daşımalarının təşkili” MMC tərəfindən 810 avtobus sürücüsü ilə müqavilə bağlanıb və onlara plastik maaş kartları hazırlanıb. Müqavilə imzalanmış taksi sürücülərinin sayı 1258-dir və bağlanan müqavilələrə uyğun plastik maaş kartları sifariş edilib, onlardan 1133 alınaraq sürücülərə paylanmasına başlanılıb.
Ölkəmizdə keçiriləcək bu mötəbər yarışların yüksək səviyyədə keçirilməsi, o cümlədən oyunlar zamanı nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir və Dövlət Avtomobil Nəqliyyatı Xidmət bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.
“Bu, Avropanın idman hərəkatının tarixində yeni bir dövrün başlanmasıdır və Azərbaycan bu tarixin ilk səhifələrini yazan ölkədir”. Bu sözlərin müəllifi olan Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birbaşa rəhbərliyi altında bu oyunların keçirilməsinə hazırlıq prosesində müvafiq qurumların hamısı qarşıya qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirməyə çalışıblar. Görülmüş irimiqyaslı işlərin həcminə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etmək üzrə birinci olmaq vəzifəsini layiqincə yerinə yetirərək oyunları yüksək səviyyədə keçirəcək və Bakıda keçiriləcək I Avropa Oyunları ölkəmizin tarixində Azərbaycanın və azərbaycanlıların növbəti qələbəsi kimi qalacaq.

Hüseyn Salamov,
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info