SOCAR Batumidə yeni ofis açıb
Tarix: 18.05.2015 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Bu gün Batumidə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
SOCAR-dan verilən məlumata görə, mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Batumi limanı yaxınlığında Bakı küçəsində tikilmiş yeni binada “SOCAR Energy Georgia” şirkətinin və onun strukturlarının ofisləri yerləşəcək. Tikintisinə 2012-ci ildə başlanılmış dördmərtəbəli binada 150 əməkdaşın çalışması üçün iş otaqları, texniki otaqlar, ayrıca lift və pilləkənlə təmin olunmuş 24 nəfərlik yeməkxana və mətbəx, habelə inzibati otaqlar və konfrans zalı yerləşir.
Memar Rauf Xıdırov tərəfindən layihələndirilmiş binanın fasadı klassik, əsas elementləri isə neoklassik üslubda işlənib. Binaya mədəni irs statusu verilib. 1 598 kvadrat metrlik torpaq sahəsində inşa edilmiş binanın və yardımçı tikililərin ümumi sahəsi 3383,51 kvadrat metrdir. Ofislər 1334,36 kvadrat metr sahəni əhatə edir.
Baş nazir İ. Qaribaşvili, SOCAR prezidenti R. Abdullayev və onları müşayiət edən şəxslər bina ilə tanış olub. Qeyd olunub ki, SOCAR-ın Batumidə yeni ofisinin açılışı Azərbaycan və Gürcüstan arasında sürətlə inkişaf edən işgüzar əməkdaşlığın və tərəfdaşlığın daha bir nümunəsidir.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
«Ermənilər xarici yardım hesabına yaşamağa alışıblar»
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info