Faiq Sücəddinov Naxçıvan Dövlət Universitetinin tələbələrinə ustad dərsi keçdi
Tarix: 18.05.2015 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, tanınmış bəstəkar Faiq Sücəddinov Naxçıvan Dövlət Universitetində bu ali təhsil ocağının İncəsənət fakültəsinin tələbələri üçün ustad dərsi keçdi. Dərsdən əvvəl universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək çoxəsrlik inkişaf yolu keçən Azərbaycan musiqisinin bügünki, müasir inkişaf səviyyəsindən söhbət açdı, tanınmış bəstəkar Faiq Sücəddinovun sənət taleyindəki rolundan danışdı. Qeyd olundu ki, Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi, Azərbaycan estrada ifaçıları üçün çoxsaylı mahnıların, kinofilmlər və tamaşalar üçün musiqilərin müəllifi olan Faiq Miri oğlu Sücəddinovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. “Faiq Sücəddinovun mahnılarını dinlədikcə böyük zövq alırsan”-deyən rektor, tanınmış bəstəkarın müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edildiyini bildirdi, həmçinin belə ustad dərslərinin keçirilməsinin əhəmiyyətindən danışdı. Muxtar respublika və universitet haqqında yüksək təəssüratlarını bölüşən Faiq Sücəddinov, milli bəstəkarlıq sənətinin inkişafına, bəstəkarların əsərlərinin daha geniş səviyyədə təbliğ olunmasına dövlət tərəfindən ciddi diqqət göstərildiyini bildirdi. Tanınmış bəstəkar, gənc istedadların üzə çıxarılmasında, onlara peşəkarlığın sirlərinin öyrədilməsində, xalqa tanıdılmasında əlindən gələni əsirgəməyəcəyini vurğuladı. Sonra Faiq Sücəddinovun ifasında özünün bəstələdiyi rəngarəng mahnılar səsləndirildi. Gələcəyin bəstəkarları və ifaçıları olan tələbələr tanınmış bəstəkardan zəruri tövsiyələr aldılar. Məşhur bəstəkarın royalda çox gözəl ifa etdiyi “Vətən” Balladası insanı dərin duyğulara, Vətəni sevməyə, onun gözəlliklərini tərrənnüm etməyə çağırırdı. Ürəyində Vətən sevgisi olan hər bir insan bu musiqinin incəliklərini daha dərin duya bilirdi. Həmçinin bəstəkar, Naxçıvan haqqında heç yerdə ifa olunmayan, yeni- “Naxçıvan” əsərini ekskuliziv olaraq NDU-da səsləndirdi. Bundan əlavə bəstəkarın royalda ifa etdiyi “Vals”, “Payız çağı”, “Rəqs-fantaziya”, “Bakı-2015 Avropa Oyunları”, “Dostuma məktub”, “Məhəbbət poeması” və s. kimi musiqilər bəstəkarla görüşə gələn universitet əməkdaşları tərəfindən hərarətlə qarşılandı. Qeyd edək ki, universitetdə olan bəstəkar Faiq Sücəddinov, dövlət tərəfindən yüksək maddi-texniki baza ilə təmin olunan ali təhsil ocağı ilə ətraflı tanış oldu. Mina Qasımova NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info