Məcid Musayev: “Estoniyalı dostum deyir: “Azərbaycanı görüb, ona aşiq olmamaq mümkün deyil”
Tarix: 18.05.2015 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


“İlk Avropa Oyunları yeni idman standartlarının əsasını qoyacaq”

İlk Avropa Oyunlarının başlamasına sayılı günlər qaldı. Ölkəmizin bütün rayon və şəhərlərində Oyunların məşəlinin qarşılanması ilə bağlı bayram tədbirləri də keçirilir. Paytaxtımızda isə yarışlara hazırlıqla bağlı xüsusi ab-hava hökm sürür. Hər kəsə bəllidir ki, müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olacaq. Bu mötəbər idman yarışı Azərbaycan iqtisadiyyatına böyük töhfə verməklə yanaşı, turizmin inkişafında, Azərbaycanın tanınmasında da mühüm rol oynayacaq. Yarışın uğurlu təşkil olunmasına isə ən böyük töhfələrdən birini də məhz gənclərimiz, könüllülər verəcəklər.
Ölkəmizin gənclərlə iş və könüllülük sahəsində təcrübəsi olan Məcid Musayev deyir ki, bu ilin iyununda Bakının ev sahibliyi edəcəyi “Bakı -2015” ilk Avropa Oyunları dünya idman tarixinin yeni səhifəsi olacaq. Onun fikrincə, paytaxtımız belə mötəbər yarışların təşkilində böyük təcrübəyə malikdir və həmişə olduğu kimi Azərbaycan gəncliyi yenə də bu beynəlxalq idman yarışında aktiv olacaq: “Heç şübhə etmirəm ki, Bakıda keçiriləcək Avropa Oyunları yeni idman standartlarının əsasını qoyacaq. Bu gün hər bir ölkə bu və ya digər böyük idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etməyə çalışır. Bu baxımdan paytaxtımız Bakının böyük təcrübəsi var. 2012-ci ildə keçirdiyimiz “Avroviziya -2012” Beynəlxalq Mahnı Müsabiqəsi hələ də unudulmayıb. Bütün dünyanın izlədiyi bu musiqi yarışmasından sonra hər kəs nəinki mükəmməl təşkilatçılıqdan, həm də Azərbaycanın zəngin mədəniyyətə, turizm baxımından böyük potensiala malik olmasından da danışırdı”.
Məcid Musayev deyir ki, bu gün Bakı Qafqaz regionunun mədəniyyət, elm, siyasət və idman mərkəzinə çevrilib. Əvvəllər ölkəmizi yalnız neft amilinə görə tanıyırdılarsa, bu gün artıq Azərbaycanın adı gələndə bir neçə məqamla bu ölkə önə çəkilir: “Artıq biz bir sıra məsələlərdə irəli getmişik. Beynəlxalq tədbirlərin təşkilində də qısa zamanda böyük təcrübəyə malik olmuşuq. Qarşıdan gələn Avropa Oyunları da paytaxtımızın təcrübəsini bir az daha zənginləşdirəcək və kim bilir, bəlkə elə 2024-cü ildə Bakı Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək şansı qazanacaq. Niyə də yox? Ölkəmizin əhalisinin təxminən 33%-i gənc nəsildir. İdman sahəsi Azərbaycanda inkişaf edir. Güləş, gimnastika, şahmat, üzgüçülük, velosiped idmanı və s. bu gün ölkəmiz üçün xas olan idman sahələridir. Dövlət rəsmilərimiz də idman sahəsinə diqqət ayırır və qeyd edirlər ki, Azərbaycanda böyük idman nəsli yetişməkdədir. Mən özüm idman sahəsindən uzaq olsam da, hər dəfə idman yarışlarında Azərbaycan bayrağının 1-ci dalğalanmasını görəndə, qürur hissi keçirirəm. Əminəm ki, bu hissi mənimlə birgə hər kəs paylaşır. Oyunlarda da bayrağımızın zirvələrdə dalğalanacağına əminəm”.
Məcid Musayevin sözlərinə görə, Avropa Oyunları ölkəmizin tanıdılması üçün gözəl fürsətdir. Bütün Avropa Şəqrlə Qərbin kəsişdiyi nöqtəyə, Bakıya gələrək, ölkəmizi, tarix, mətbəx və mədəniyyətimizi tanıyacaq və Oyunlardan sonra da əcnəbi idmançılar artıq turistlər kimi Azərbaycana gələcəklər: “Azərbaycanı görüb, ona aşiq olmamaq mümkün deyil.” Bu sözləri estoniyalı dostum İrina Kovzanoviç ölkəmizə səfərindən sonra deyir. İndi siz görün, bu sözləri təkrarlayacaq neçə-neçə ölkədən olan gənclər olacaq. Böyük idman yarışları, yenilənən və daha da böyüyən idman və ümumi infrastruktur deməkdir. Əlbəttə ki, Avropa Oyunlarından sonra bütün idman obyektləri ölkə əhalisi üçün qalacaq və yeni idman nəsli formalaşdırmağa kömək edəcək. Bakı yaratdığı, qurduğu idman infrastrukturu ilə bundan sonra keçiriləcək mötəbər idman yarışlarına da ev sahibliyi etməyə qadir olacaq. Bakıdan sonra Avropa Oyunlarını qəbul edəcək ölkələrdə də dəfələrlə qeyd ediləcək ki, Bakı bu böyük idman tədbirinə ilk dəfə ev sahibliyi edib və bunu çox uğurlu şəkildə bacarıb. Müasir dövrümüzdə hamının istifadə etdiyi bütün internet məlumat resurslarında Bakı ön sıralamada qərarlaşacaq. Avropa Oyunlarının tarixi məqalələri Bakının adı ilə başlayacaq.
Mən inanıram ki, Avropa Oyunları bizim hər birimizin həyatında yadda qalan və rəngarəng iz qoyacaq”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info