Avropa Oyunlarının məşəli Qazaxda
Tarix: 18.05.2015 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Son illərdə daha da gözəlləşən, müasirləşən, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığı Qazax şəhəri bu günlərdə bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəlinin qarşılanacağı Heydər Əliyev prospektində, eləcə də şəhərin Nizami, Vidadi, M.Carçıyev, M.Dilbazi, Şəhidlər xiyabanı, Vaqif, Azadlıq, Bakı, N.Nərimanov, Ə.Şıxlinski küçələrində və Heydər Əliyev parkında əsl bayram əhval-ruhiyyəsi hökm sürüb. Minlərlə rayon sakini, gənclər, idmançılar və veteranlar birinci Avropa Oyunlarının məşəlini böyük maraq və sevinc hissi ilə gözləyiblər.
Birinci Avropa Oyunlarının məşəli mayın 18-də Qazax şəhərinə gətirilib.
Heydər Əliyev prospektində minlərlə rayon sakininin və idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının məşəlinin möhtəşəm qarşılanma mərasimi olub. Birinci Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Vüsal İsmayılov qazaxlıların sevinc dolu alqışları və gül-çiçək yağışı altında məşəli qəbul edib.
Sonra məşəlçilərin yürüşü başlayıb. Heydər Əliyev prospekti boyunca üç kilometrə yaxın məsafədə on məşəlçi bir-birini əvəzləyərək yürüşü davam etdirib. Məşəl minlərlə rayon sakininin alqış sədaları və müşayiəti ilə Heydər Əliyev parkına gətirilib. Sonuncu yürüşçü - rayonun fəal gənci Tərxan Əhmədov burada qurulmuş səhnəyə çıxaraq məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının çırağı dördqat dünya, altıqat Avropa çempionu Qismət Vəkilova təqdim edilib. Çıraq ilk Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Daha sonra aprelin 26-da Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin və 150-dən çox qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş olunub.
Rayon sakini, idmançı, Prezident təqaüdçüsü Kamal Əhmədov birinci Avropa Oyunlarının məşəlinin Qazax şəhərinə gətirilməsindən duyduğu sevinc hislərini bölüşərək deyib: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, bu gün Azərbaycanın “Qərb qapısı” olan Qazaxda yandırılan alov tezliklə Qarabağımızda – Xankəndidə, Şuşada, Ağdamda və işğal olunmuş digər şəhərlərimizdə yandırılsın”.
Qazaxda dərc olunan “Göyəzən” qəzetinin redaktoru Elçin İsmayıl isə fikirlərini belə ifadə edib: “Birinci Avropa Oyunlarının məşəl yürüşünü üzlədiyim üçün bütün qazaxlılar kimi, mən də özümü xoşbəxt hiss edirəm. Bu tarixi hadisə sübut edir ki, ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, idman sahəsində də mühüm uğurlara imza atır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun məntiqi nəticəsidir. Bu yarışlar Azərbaycan idmanının daha da inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin təbliğinə geniş imkanlar açacaq”.
Respublikamızın, eləcə də rayonun incəsənət ustalarının ifasında konsert proqramı qazaxlıların bayram sevincini daha da artırıb.
Qazaxlılara xoş ovqat bəxş edən mərasim atəşfəşanlıqla başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info